YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının iclası keçirilib
09.08.2018 [08:58]
Avqustun 8-də Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının Qadınlar Şurasının 2018-ci ilin birinci yarımilliyinin yekunlarına həsr olunmuş iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədri Kəmalə Mustafayeva gündəlikdəki məsələlər barədə danışıb. Qeyd edib ki, Azərbaycanın ictimai-siyasi həyatında qadınların rolunun artması və fəaliyyət dairəsinin genişləndirilməsi ölkəmizin uğurlarından biridir. Hazırda Azərbaycanın ictimai həyatının bütün sahələrində qadınların sayı və rolu getdikcə artır. Azərbaycanın inkişafında, beynəlxalq aləmdə nüfuzunun artmasında qadınların müstəsna rolu olub. Bu gün cəmiyyətdə fəal mövqe tutan qadınlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini dəstəkləyir, bu siyasi xəttin reallaşmasında fəal iştirak edirlər. K.Mustafayeva bildirib ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ədalət, humanizm, xeyriyyəçilik və digər bəşəri prinsiplərə söykənən çoxşaxəli fəaliyyəti nəinki Azərbaycan, hətta dünya qadınları üçün nümunə və örnəkdir. Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli lider Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə qadınlarımıza yüksək qiymət verib.
Sonra YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Afət İbrahimova Şuranın 2018-ci ilin birinci yarımilliyinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.
Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatı Qadınlar Şurasının üzvü Arzu Cahangirova bildirib ki, yeddi yüz mindən çox üzvü olan Yeni Azərbaycan Partiyası Heydər Əliyev ideyalarının gələcək nəsillərə çatdırılması naminə mübarizə aparır. Bu işdə qadınlar xüsusi rola malikdirlər.
YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov Ulu öndər Heydər Əliyevin Azərbaycanda qadın hərəkatına, qadınların ictimai-siyasi həyatda fəal iştirakına böyük önəm verdiyinə nəzər salaraq qeyd edib ki, bu siyasət həm də xalqımızın gələcəyinə qayğının, uzaqgörənliyin bir nümunəsidir və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Diqqətə çatdırılıb ki, hazırda yeddi yüz mindən çox üzvü olan Yeni Azərbaycan Partiyasının sıralarında qadınlar 40 faiz təşkil edir. Təsadüfi deyil ki, bu gün cəmiyyəti idarə edən səlahiyyətli şəxslər arasında qadınların sayı ildən-ilə artır. Azərbaycan qadını bu gün dünya qadınları hərəkatının ön cərgəsində ağlı, zəkası, istedadı, ləyaqəti ilə təmsil olunur. Qadınların nəcib və xeyirxah məqsədlər naminə Yeni Azərbaycan Partiyasının sıralarında sıx birləşməsində ölkənin birinci xanımı Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin xüsusi rolu var. Bu gün ölkə təhsilində və iqtisadiyyatında çalışanların təxminən yarısı qadınlardır. Bütün bunlar Azərbaycanda qadınlara diqqət və qayğının bariz göstəricisidir.
Sonda rayon təşkilatının sədri bütün qadınlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıb. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər ətrafında müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

