/ / YAP Səbail rayon təşkilatının “Botanik” ərazi ilk partiya təşkilatında Müstəqillik Günü münasibətilə yığıncaq keçirilib
YAP Səbail rayon təşkilatının “Botanik” ərazi ilk partiya təşkilatında Müstəqillik Günü münasibətilə yığıncaq keçirilib
09.10.2018 [08:46]
Oktyabrın 8-də Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Botanik” ərazi ilk partiya təşkilatında (AMEA-nın Botanika İnstitutu) 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə yığıncaq keçirilib.
YAP Səbail rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, yığıncaqda Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri, iqtisad elmləri doktoru, professor Şəmsəddin Hacıyev və Botanika İnstitutunun direktoru akademik Validə Əlizadə iştirak ediblər.
Əvvəlcə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünə həsr olunmuş videofilm nümayiş olunub.
Akademik Validə Əlizadə XX əsrin 90-cı illərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasını yeni siyasi tariximizin ən əlamətdar və mühüm hadisəsi olaraq qiymətləndirib. O, dövlət müstəqilliyimizin möhkəmləndirilməsində və əbədiləşdirilməsində Ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri və əvəzolunmaz rolu haqqında danışıb. Qeyd edib ki, Ümummilli liderin əsasını qoyduğu uzaqgörən siyasət və bu siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin praqmatik idarəçiliyi nəticəsində bu gün müasir və müstəqil Azərbaycan dövləti dinamik şəkildə inkişaf edir, xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır. Bildirilib ki, Azərbaycan xalqının milli maraqlarına xidmət edən bu siyasəti dəstəkləmək və ölkəmizdə mövcud olan xalq-iqtidar birliyinin daimiliyini təmin etmək hər birimizin vətənpərvərlik borcumuzdur.
Professor Şəmsəddin Hacıyev çıxış edərək XX əsrin sonlarında respublikamızda milli özünəqayıdış hərəkatının başlanması, SSRİ kimi fövqəldövlətin dağılması nəticəsində dövlət müstəqilliyimizin bərpa olunmasının ilk illərində Azərbaycanda gedən son dərəcə gərgin, mürəkkəb və ziddiyyətli proseslər, ictimai-siyasi həyatın bütün sahələrini əhatə edən dərin siyasi-iqtisadi böhran, torpaqlarımızın bir hissəsinin işğal olunmasının respublikadakı vəziyyəti daha da gərginləşməsi, Ulu öndər Heydər Əliyevin belə bir çətin anda xalqın təkidi ilə ölkə rəhbərliyinə gəlməsi, Azərbaycanı tənəzzüldən qurtuluş yoluna çıxarması və respublika üçün ən taleyüklü məqamlarda müstəqilliyimizi qoruyub saxlayaraq xilaskarlıq missiyasını böyük cəsarət və fədakarlıqla yerinə yetirməsi haqqında ətraflı danışıb.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunmuş AMEA-nın Botanika İnstitutunun bir qrup əməkdaşına partiya üzvlük vəsiqələri təqdim olunub.
Vəsiqə alan institut əməkdaşlarını təbrik edən Ş.Hacıyev deyib ki, Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb edən əlamətdar və tarixi gün - 18 oktyabr ərəfəsində YAP üzvlük vəsiqəsini almaq partiya üzvü üçün böyük və yaddaqalan hadisədir. Deputat hazırda sıralarında 710 mindən çox üzvü birləşdirən YAP-ın respublikamızda həyata keçirilən bütün işlərdə özünəməxsus yeri və rolu olduğunu diqqətə çatdırıb. O, əminliyini bildirib ki, partiyamızın Sədri, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə qələbələr partiyası olan YAP bundan sonra da böyük uğurlara imza atacaq.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

