/ / Yeni Azərbaycan Partiyasında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib
Yeni Azərbaycan Partiyasında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib
01.02.2019 [09:53]
Əli Əhmədov: Azərbaycan sözün həqiqi mənasında XXI əsrin ən uğurlu dövlətlərindən biridir
Yanvarın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında Azərbaycan Respublikası Milli Məclisində partiyanı təmsil edən deputatlarla görüş keçirilib. YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov bu görüşün partiyanı Milli Məclisdə təmsil edən deputatların fəaliyyətinin əlaqələndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirib.
Başa vurduğumuz 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda çıxışı zamanı dəyərləndirmələri bütövlükdə ötən ilin yekunlarına verilən ən düzgün və əhatəli qiymətdir. Dövlətimizin başçısı həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı öz fikirlərini geniş şəkildə ifadə etdi.
“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2018-ci il kifayət qədər uğurlu il kimi tariximizə daxil oldu. Bu dövrdə qarşıya qoyulan vəzifələr lazımi səviyyədə yerinə yetirilib. 2018-ci ildə Azərbaycanın dinamik inkişafı davam edib. Azərbaycanda bir neçə il əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə başlanan islahatlar öz səmərəli nəticələrini verməkdədir. Şübhəsiz ki, islahatların uğurlu nəticələri bundan sonra daha genişmiqyaslı olacaq. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər də önəmli nəticələr verməkdədir. Görülən işlər qeyri-neft sektorunun inkişafının qarşıdakı dövrdə daha dinamik xarakter alacağını təsdiqləyir. Bu məqsədlə müvafiq proqramların icrası ilə bağlı resurslar səfərbər edilib və bunun üçün bütün imkanlar mövcuddur”, - deyə YAP Sədrinin müavini vurğulayıb.
Əli Əhmədov qeyd edib ki, regionların sosial-iqtisadi inkişafına dair 3-cü Dövlət proqramına yekun vurulub. Beləliklə, Azərbaycanın ümumi inkişafı prosesində regionların ciddi şəkildə inkişaf etdirilməsi, simasının dəyişdirilməsi, müasirləşdirilməsi istiqamətində Prezident İlham Əliyevin təşəbbüsü ilə müəyyənləşdirilmiş Dövlət proqramı uğurla yerinə yetirilib. “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı çərçivəsində bütün götürülən öhdəliklər yüksək səviyyədə yerinə yetirilib. Aparılan təhlillər nəticəsində bu fikir bir daha təsdiqini tapır ki, Azərbaycan sözün həqiqi mənasında XXI əsrin ən uğurlu dövlətlərindən biridir. Azərbaycanın dinamik sosial-iqtisadi inkişafı bu fikri deməyə əsas verir. Son 15 ildə iqtisadiyyatımızın 3 dəfədən çox artması, yoxsulluğun səviyyəsinin 50 faizdən 5 faizə düşməsi, 2 milyona qədər iş yerinin açılması möhtəşəm göstəricilərdir. Digər tərəfdən, modernləşmə siyasətinin həyata keçirilməsi Bakı şəhəri ilə yanaşı, regionların simasının əhəmiyyətli dərəcədə yeniləşməsi ilə müşahidə olunur. Eyni zamanda, bu illər ərzində əhalinin rifahı xeyli dərəcədə yüksəlib”, - deyə Əli Əhmədov qeyd edib.
YAP Sədrinin müavini Əli Əhmədov daha sonra qarşıda duran vəzifələrlə bağlı fikirlərini bildirib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

