YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib
02.05.2019 [09:36]
Yeni Azərbaycan Partiyası (YAP) Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin IV hesabat-seçki konfransı keçirilib. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
Konfransda çıxış edən YAP Hacıqabul rayon təşkilatının sədri Hafis Bəşirov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən, gənclər üçün yaradılan əlverişli şəraitdən danışıb. Bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin təşəkkülü və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Azərbaycana rəhbərliyinin bütün dövrlərində gənclərə həmişə böyük qayğı göstərib, onların hərtərəfli inkişafına xüsusi diqqət yetirib.
Tədbirdə çıxış edən millət vəkilləri Rüstəm Xəlilov və Şahin İsmayılov, rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarov Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməsi nəticəsində gənclərimizin qazandıqları nailiyyətlərdən danışıblar.
Konfransda geniş məruzə ilə çıxış edən YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri Saleh Ələsgərov ötən müddət ərzində görülən işlər barədə hesabat verib. Qeyd olunub ki, YAP Hacıqabul rayon təşkilatının 5263 üzvündən 1366-nı gənclər təşkil edir. YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin rayonun ictimai həyatında da mühüm rol oynadığını dilə gətirən S.Ələsgərov qeyd edib ki, YAP üzvü olan gənclər hər zaman dövlət maraqlarının keşiyində dayanmağı özlərinə borc bilirlər.
Məruzə ətrafında edilən çıxışlarda YAP Hacıqabul rayon təşkilatının Gənclər Birliyinin üzvlərinin ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etmələrindən məmnunluq ifadə olunub, birliyin fəaliyyəti yüksək qiymətləndirilib.
Daha sonra təşkilati məsələlərə baxılıb. YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin yeni Şurasının və İdarə Heyətinin tərkibi müəyyənləşib. Eyni zamanda, səsvermə nəticəsində Firdovsi İbrahimov YAP Hacıqabul rayon təşkilatı Gənclər Birliyinin sədri seçilib. Konfransda YAP Gənclər Birliyinin növbəti konfransına nümayəndələr də müəyyənləşdirilib.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

