Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir
03.12.2009 [09:43]
Dünən Yeni Azərbaycan Partiyası (YAP) qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti görüşünü Sumqayıt şəhərində keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Asif İmaməliyev Azərbaycanda bələdiyyələrin fəaliyyəti ilə bağlı məlumat verib. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatında yerləşən seçki qərargahının fəaliyyəti ilə bağlı danışan A.İmaməliyev təbliğat kampaniyasının da uğurla davam etdirildiyini dilə gətirib: “Bu gün Azərbaycanda bələdiyyə sisteminin yaşının az olmasına baxmayaraq, vətəndaşlarımızın bu struktura inamı günü-gündən artır, insanlar öz problemlərini açıq şəkildə bələdiyyələrə bildirirlər. Artıq bələdiyyələrin insanların həyatındakı yeri və rolu da artmaqdadır. Sumqayıtda 3 bələdiyyə üzrə 47 yerə Yeni Azərbaycan Partiyası tərəfindən namizədlər irəli sürülüb. İrəli sürülən namizədlər arasında qadınların və gənclərin sayı 30 faizdən yuxarıdır. Mən inanıram ki, xalqımız ümummilli lider Heydər Əliyev siyasi kursuna, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və dövlət başçımızın Sədri olduğu Yeni Azərbaycan Partiyasına olan inamını və sevgisini bu dəfə də nümayiş etdirəcəklər. Yeni Azərbaycan Partiyası seçkilərə “Xalqa xidmət naminə” şüarı ilə qatılıb. Əminəm ki, Sumqayıt seçiciləri məhz öz xalqına hər zaman xidmət edən və demokratiyanın inkişafına dəstək verən Yeni Azərbaycan Partiyasınının namizədlərinə səs verəcəklər”.
çıxış edən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru, professor Rasim Nəbiyev də seçiciləri qarşıdan gələn bələdiyyə seçkisində aktiv olmağa çağırıb. Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərinə 15 mindən artıq namizədlə qatıldığını bildirən natiq bu rəqəmin böyük göstərici olduğunu söyləyib: “Bu, bir daha göstərir ki, Yeni Azərbaycan Partiyası xalqımız tərəfindən sevilir, dəstəklənir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət göstərir. Azərbaycan xalqı bütün seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədlərinə inandıqlarını, etimad göstərdiklərini verdikləri dəstəklə nümayiş etdiriblər. Əminəm ki, Sumqayıt seçiciləri dekabrın 23-də də bu inamı bir daha nümayiş etdirəcəklər və Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
çıxış edən Sumqayıt bələdiyyəsinə Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizəd Əbülfəz Babayev xalqımızın hər zaman ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin dövlətimizin inkişafındakı müstəsna rolunu qiymətləndirdiyini önə çəkib. Ə.Babayev 10 illik təcrübəsi olan Azərbaycan bələdiyyə sisteminin inkişaf yolunda olduğunu deyib: “Sumqayıt şəhər bələdiyyəsi problemlərin həlli istiqamətində son 5 ildə əsaslı addımlar atıb. Mikrorayonların abadlaşdırılmasında, o cümlədən, vətəndaşlara xidmət sahəsində əsaslı yeniliklər əldə olunub. İnanıram ki, Sumqayıt sakinləri şəhər bələdiyyəsinin gördüyü işlərdən razı qalıb və dekabrın 23-də Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlərə etimad göstərəcək. Bizlər-Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkisində namizəd kimi iştirak edən insanlar isə bu etimadı var gücümüzlə, görəcəyimiz işlərlə doğrultmağa çalışacağıq. Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməklə şəhər sakinləri görülən işlərin davamlılığına şərait yaratmış olacaqlar”.
Yeni Azərbaycan Partiyasının bələdiyyə üzvlüyünə namizədi Emil Abbasov bələdiyyələrin yaranma tarixi və statusundan danışıb. Bu sistemin nəzəri əsaslarının XIX əsrin birinci yarısında Qərbi Avropada işlənib hazırlandığını önə çəkən natiq bələdiyyələrin fəaliyyətinin özünüidarənin ictimai nəzəriyyəsi, yerli cəmiyyət və birliklərin öz səlahiyyətlərini yerinə yetirmək azadlığının tanınması prinsipinə əsaslandığını qeyd edib: “Azərbaycanda yerli özünüidarəetmə forması bələdiyyələr adlandırılır. 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında hazırlanan və 1995-ci ildə qəbul olunan müstəqil Azərbaycanın ilk Konstitusiyasında keçmiş postsovet məkanı üçün tamamilə yeni olan hüquqi təsisat-yerli özünüidarəetmə orqanları, qeyri-dövlət təşkilatı olan bələdiyyələr institutu təsis edilib. Azərbaycan Respublikasının Konstitusiyasının 142-ci maddəsində bələdiyyələrin formalaşması və hüquqları müəyyən olunur. Göstərilir ki, yerli özünüidarəetməni həyata keçirən bələdiyyə seçkilər əsasında yaradılır. Bələdiyyələrə seçkilərin qaydaları və bələdiyyələrin statusu qanunla müəyyən edilir. Qarşıdan gələn bələdiyyə seçkisi Azərbaycanda keçirilən üçüncü bələdiyyə seçkisidir. Bu baxımdan artıq Azərbaycan bələdiyyələrinin inkişaf yolunda olduğunu qeyd etmək olar. Mən inanıram ki, Sumqayıt seçiciləri Azərbaycanda bələdiyyə sisteminin inkişafında müstəsna rola malik Yeni Azərbaycan Partiyasının namizədlərinə etimad göstərəcəklər. Yeni Azərbaycan Partiyasının namizədləri isə bu etimadı ölkəmizin inkişafındakı fəaliyyətləri ilə doğruldacaqlar”.
Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər bələdiyyəsi üzvlüyünə namizədləri Leyla Abdullayeva, Məhəbbət Nağıyev, Pərvanə Səfərova və digərləri də Yeni Azərbaycan Partiyasının seçki proqramından bəhs ediblər. Natiqlər bildiriblər ki, Yeni Azərbaycan Partiyası hər zaman ölkədə keçirilən seçkilərdə yüksək səs çoxluğu ilə qələbə qazanıb. Bu, xalqımızın ümummilli lider Heydər Əliyev siyasi kursuna sevgisindən və Yeni Azərbaycan Partiyasının xalqın partiyası olmasından irəli gəlir. Tədbir iştirakçıları seçiciləri maraqlandıran sualları cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

