Salyan seçiciləri öz seçimini edib
04.12.2009 [09:34]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat kampaniyası davam edir. Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələri növbəti görüşünü Salyan rayonu Sarvan kəndinin seçiciləri ilə keçirib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov rayon təşkilatının bələdiyyə seçkilərinə hazırlıqla bağlı gördüyü işlərdən danışıb. R.Cəbrayılov bildirib ki, yerli özünüidaretmə orqanına-bələdiyyəyə seçkilərinə hazırlıq partiya üzvləri qarşısına ciddi vəzifələr qoyur: “Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı qarşıdan gələn bələdiyyə seçkilərinə çox ciddi hazırlıq görüb. Bələdiyyəyə namizədliyi irəli sürülən YAP üzvləri ilə mütəmadi görüşlər keçirilib. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq, rayonda fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının birləşməsi baş verib. Salyan rayonunda birləşməyə qədər 45 bələdiyyə fəaliyyət göstərirdisə, hazırda onların sayı 20-yə enib. Bu bələdiyyələrə 198 üzv seçiləcək. YAP Salyan rayon təşkilatı tərəfindən bütün yerlərə namizədlər irəli sürülüb. Yeni Azərbaycan Partiyası iştirak etdiyi bütün seçkilərdə böyük səs çoxluğu ilə qələbə qazanıb. Bunun təməlində isə bu təşkilatın ümummilli lider Heydər Əliyev tərəfindən yaradılması və hazırda partiyaya Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etməsi dayanır. İnanıram ki, ötən il keçirilən prezident seçkilərində seçicilərin Yeni Azərbaycan Partiyasına göstərdiyi etimad bələdiyyə seçkilərində bir daha nümayiş etdiriləcək”.
Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman xalqın inamını, etimadını doğruldub. Məhz bu baxımdan da qarşıdan gələn bələdiyyə seçkilərində YAP-ın qeydə alınmış namizədlərinin qələbə qazanmaq şansları olduqca böyükdür: “Bələdiyyə sistemi ildən-ilə inkişaf edir, insanların bu struktura inamı artır, onların səlahiyyətləri daha da genişlənir. Mən inanıram ki, Salyan seçiciləri hər zaman olduğu kimi bu dəfə də Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. çünki Yeni Azərbaycan Partiyası öz prinsiplərində xalqına və dövlətçiliyə xidməti prioritet sayır. Seçicilərimiz isə ölkəmizin inkişafının daha da dinamikləşməsini istəyir. Bunun üçünsə ümummilli lider Heydər Əliyev ideologiyasının əsas daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermək lazımdır”.
Millət vəkili Əkrəm Abdullayev bələdiyyələrin Azərbaycanın inkişafındakı yerindən bəhs edib. O, qarşıdan gələn bələdiyyə seçkilərində xalqımızın Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəyinə əminliyini ifadə edib. Daha sonra YAP-ın bələdiyyə seçkilərinə “Xalqa xidmət naminə” şüarı ilə getdiyini vurğulayan millət vəkili qeyd edib ki, YAP öz namizədlərinin qarşısına mühüm vəzifələr qoyub: “Yerli özünüidarəetmənin demokratikləşməsinin dərinləşməsi, bələdiyyələrin fəaliyyətinin hüquqi əsaslarla daha keyfiyyətli təmin olunması məqsədilə bazanın möhkəmləndirilməsi, “Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasında bələdiyyələrin fəal iştirakının təmin edilməsi, yerli resursların daha səmərəli şəkildə istifadəsinin təşkili, bələdiyyə ərazilərində maddi mədəniyyət abidələrinin qorunması, turizm potensialının inkişafı, buna paralel olaraq, bölgələrdə turizmin inkişafının təmin olunması və digər mühüm məsələlərin həllində dekabrın 23-də keçiriləcək seçkilərdən sonra formalaşacaq bələdiyyələr əsaslı rol oynamalıdır. Bu baxımdan, dekabrın 23-də seçicilərimiz məhz Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verməlidirlər. Salyan rayonu hər zaman siyasi aktivliyi ilə seçilib və mən əminəm ki, dövlətçiliyə sədaqətli olan Salyan seçiciləri bu dəfə də ölkəmizin inkişafına səs verəcəklər”.
Millət vəkili Astan Şahverdiyev ölkəmizin son beş ildə daha da gücləndiyini önə çəkib: “Böyük sosial dayaqlara malik olan YAP-ın bələdiyyə seçkilərində inamlı qələbəsini şərtləndirən bir çox faktorlar mövcuddur. Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasət respublikamızın inkişafını sürətləndirib və hər bir vətəndaş bunu öz həyatında hiss edir. ölkəmizin ümumi inkişafına öz töhfəsini verən YAP-ın resurslarının güclənməsi də məhz keçirilən seçkilərdə öz təsdiqini tapır. Bu il Milli Məclis tərəfindən bələdiyyələrdə islahatların aparılması ilə bağlı qanun dəyişikliyi bu strukturun daha da inkişaf etməsinə imkan yaradacaq”.
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52

