Neftçala seçiciləri Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
11.12.2009 [09:52]
Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə əlaqədar apardığı təbliğat kampaniyasını Neftçala rayonunda davam etdirib. Rayonun Boyat kəndində keçirilən görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının sədri Anar Cəfərov Prezident İlham Əliyevin son altı ildə apardığı çoxşaxəli, ölkənin inkişafına xidmət edən siyasətin sayəsində Azərbaycanın regionun aparıcı dövlətinə çevrildiyini qeyd edib. Onun sözlərinə görə, bu inkişafdan Neftçala rayonuna da böyük pay düşüb: “Bu gün Azərbaycan həqiqətən böyük inkişaf dövrünü yaşayır. ölkə vətəndaşları bu yenilikləri öz həyatlarında hiss edirlər. Regionların inkişafı bu tempi daha da sürətləndirir. Yerli özünüidarəetmə orqanları olan bələdiyyələr də ölkəmizin ictimai, sosial-iqtisadi həyatında mühüm rola malikdir. Bildiyiniz kimi, qarşıdan bələdiyyə seçkiləri gəlir. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı da bələdiyyələrə öz namizədlərini irəli sürüb. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması üçün qanunvericilikdə edilmiş dəyişikliklərə uyğun olaraq, rayonumuzda da fəaliyyət göstərən yerli özünüidarəetmə orqanlarının bəziləri birləşdirilib. Əvvəllər Neftçala rayonunda 27 bələdiyyə fəaliyyət göstərirdi. Qanunvericilikdə baş verən dəyişiklikdən sonra isə onların sayı 19-a çatıb. Dekabrın 23-də 19 bələdiyyə üzrə 179 yer uğrunda seçkilər keçiriləcək. Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatı bütün bələdiyyələr üzrə namizədlər irəli sürüb. Bu namizədlərin böyük bir hissəsini isə qadınlar və gənclər təşkil edir. Mən inanıram ki, bütün Neftçala seçiciləri ölkəmizin inkişafını hər şeydən üstün tutaraq bələdiyyə seçkilərində Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə son illərdə istər kənd təsərrüfatının, istərsə də sənayenin inkişafındakı yüksəlişdən danışıb. Natiq qəbul olunmuş “Reginların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramının icrası dövründə rayonlarda bütün sahələrin inkişafı ilə bağlı böyük işlərin görüldüyünü deyib: “Azərbaycan dövləti kənd təsərrüfatının inkişafı üçün vətəndaşlara subsidiyalar ayırır. Bunun nəticəsində isə Azərbaycan özünü istər taxıl, istərsə də ərzaq məhsulları ilə tam təmin edə bilir. Atılan addımlar, görülən tədbirlər vətəndaşlarımızın varlanması ilə yanaşı, ölkəmizin də ərzaq tələbatının daxili imkanlar hesabına ödənilməsinə yol açır. Bütün bunlar ölkəmizin inkişafının təminatçısı olan ümummilli lider Heydər Əliyev siyasi kursunun uğurla davam etdirilməsindən irəli gəlir. Mən inanıram ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində xalqımız ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər”.
Səlahiyyətli nümayəndə bütün sahələrin paralel inkişaf etdirilməsi sayəsində ölkəmizin bu cür böyük nailiyyətlər əldə etdiyini söyləyib: “Bu gün Azərbaycanda səhiyyə, təhsil sahəsində aparılan əsaslı işlər bu sahələrin demək olar ki, Avropa standartlarına uyğunlaşdırılmasına şərait yaradıb. Regionların inkişafına xüsusilə diqqət göstərilir. Bu siyasətin başlanğıcı isə hələ 1969-cu ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdu. 1995-ci ildə qəbul olunan Konstitusiyamızda yerli özünüidarə sistemi olan bələdiyyələrin yaradılması üçün hüquqi bazanın təməli qoyuldu. ümummilli lider Heydər Əliyev hər zaman demokratik təsisatların Azərbaycanda inkişafı üçün şərait yaradıb. Mən əminəm ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının namizədlərini dəstəkləyəcəklər”.
Millət vəkili Rüstəm Xəlilov da ölkəmizin istər siyasi, istərsə də iqtisadi cəhətdən son illərdə əldə etdiyi uğurlardan bəhs açıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həm daxili, həm də xarici siyasət sferasında əldə olunan nailiyyətlərin xalq tərəfindən birmənalı şəkildə dəstəkləndiyini önə çəkən millət vəkili qəbul olunan Dövlət Proqramlarının insanların həyatında müsbətə doğru böyük irəliləyişə səbəb olduğunu deyib: “İnanıram ki, dekabrın 23-də Boyat kəndinin sakinləri hər zaman ölkəmizin inkişafında cənab Prezidentimizin siyasətini dəstəkləyən, nəinki Azərbaycanın, o cümlədən, Qafqaz regionunun ən böyük partiyası olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər. çünki Yeni Azərbaycan Partiyası hər zaman xalqın dəstəyini qazanıb, dövlətimizin inkişafında əsaslı rol oynayıb. Bu işlərin davam etdirilməsi, bələdiyyə sisteminin daha da təkmilləşdirilməsi və xalqına xidmət etməsi üçün Yeni Azərbaycan Partiyasının namizədlərinə səs vermək, onları dəstəkləmək lazımdır”.
Daha sonra tədbir seçiciləri maraqlandıran sualların cavablandırılması ilə davam edib.
Xəbər lenti
Hamısına baxSosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22

