/ / Ramin Məmmədov: YAP ICAPP çərçivəsində aktiv fəaliyyət göstərir və belə bir böyük platformada ölkəmizi layiqincə təmsil edir
Ramin Məmmədov: YAP ICAPP çərçivəsində aktiv fəaliyyət göstərir və belə bir böyük platformada ölkəmizi layiqincə təmsil edir
10.09.2019 [09:33]
“Azərbaycanda mövcud olan demokratik mühit, siyasi plüralizm, siyasi partiyaların geniş fəaliyyəti, vətəndaş cəmiyyəti quruculuğundakı nailiyyətlər beynəlxalq ictimaiyyətin ölkəmizə olan marağını daha da artırır. Bu mənada, Yeni Azərbaycan Partiyasının hakim partiya olaraq ölkəmizin uğurlarını həm ölkə ictimaiyyətinə çatdırmaq və dünyada təqdim etmək baxımından xüsusi rolu var. Partiyamız Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (ICAPP) çərçivəsində də aktiv fəaliyyət göstərməklə belə bir böyük platformada ölkəmizi layiqincə təmsil edir”. Bu fikirləri yap.org.az saytına YAP Gənclər Birliyinin sədr müavini, ICAPP Gənclər Qolunun həmsədri Ramin Məmmədov deyib.
R.Məmmədov bildirib ki, YAP geniş beynəlxalq əlaqələrə malikdir. Onun sözlərinə görə, partiyamız Asiya ölkələrinin 350-dən çox siyasi partiyalarını özündə birləşdirən təşkilatın fəal üzvüdür. Sentyabrın 7-də Bakıda Yeni Azərbaycan Partiyasının ev sahibliyi ilə “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusunda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının keçirilməsi bunun nümunəsidir.
“10 ildir ki, YAP ICAPP-ın fəaliyyətində fəal iştirak edir. Partiyamız ICAPP-ın alt qurumlarında təmsilçiliyini artırır, bütövlükdə təşkilatın işini daha da gücləndirmək üçün müxtəlif addımlar atır. Sentyabrın 7-də keçirilən toplantılar da çox əhəmiyyətli məsələlərin müzakirəsinə həsr olunmuşdu. Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi bütün dünyada olduğu kimi, Asiya ölkələrində də aktualdır. Həmçinin Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin 2030-cu ilə qədər olan hədəflərinə çatmaq da vacib məsələlərdən biridir. Ona görə də Asiya ölkələrində siyasi partiyalar vasitəsilə dayanıqlı inkişaf məqsədlərinə çatmaq üçün təkliflər hazırlanır”, - deyə R.Məmmədov vurğulayıb.
R.Məmmədov onu da qeyd edib ki, YAP ICAPP-ın Gənclər Qolunun daha yaxşı qurulması üçün təkliflər paketi ilə təşkilatın Baş Katibliyinə müraciət etmişdi. “Bu təkliflərdə Gənclər Qolunun daha geniş coğrafiyada əhatə olunması, fəaliyyətində yeni prinsiplərdən istifadə edilməsi, eyni zamanda, təmsilçiliyin də genişləndirilməsi nəzərdə tutulurdu. Həmin təkliflər İCAPP-ın Daimi Komitəsinin iclasında təsdiqlənmişdi. Təkliflərdən bəziləri artıq təşkilatın Bakı toplantısında qəbul olundu. Belə ki, bundan sonra ICAPP-ın Gənclər Qolunun fəaliyyətində həmsədrlik təsis olundu. Quruma ayrı-ayrı ölkələrdən olan həmsədrlər iki il müddətində rəhbərlik edəcək. Bakı toplantısında Malayziyanın nümayəndəsi və mən həmsədr seçildik. Mənə göstərilən etimada görə təşəkkür edirəm və bu etimadı laqyiqincə doğrultmağa çalışacam. Hesab edirəm ki, bu fakt Yeni Azərbaycan Partiyasının beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Siyasi partiyaların beynəlxalq platformalarda təmsil olunması və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması işi xarici siyasətimizin tərkib hissəsidir. Bu baxımdan, YAP-ın müvafiq beynəlxalq platformalarda fəal təmsilçiliyi dövlətimizin xarici siyasətinə öz töhfəsini verir”, - deyə R.Məmmədov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

