/ / Məlahət İbrahimqızı: Bu tədbirlər ICAPP-YAP əlaqələrinin yeni prioritetlər üzrə inkişafına böyük dəstək olacaq
Məlahət İbrahimqızı: Bu tədbirlər ICAPP-YAP əlaqələrinin yeni prioritetlər üzrə inkişafına böyük dəstək olacaq
10.09.2019 [09:36]
“Azərbaycan bu gün iqtisadi, siyasi, humanitar mərkəz kimi tanınır. Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlər malik olduğumuz imkanların təqdimatında əhəmiyyətli rol oynamaqla yanaşı, beynəlxalq aləmdə tutduğu mövqeyə də işıq salır. Dünyada bir çox təşkilatlar dövlətlərarası münasibətlərin tənzimlənməsinə və əməkdaşlığın inkişaf etdirilməsinə böyük töhfələr verirlər. Bu töhfələr iqtisadi, siyasi, sosial və humanitar sahələri əhatə edir. Bu təşkilatlardan biri də Asiya Siyası Partiyaları Beynəlxalq Konfransıdır. Gələn il yaradılmasının 20 illiyini qeyd edəcək ICAPP 350-dən artıq siyasi partiyanın təmsil olunduğu, ölkələrimiz arasında əməkdaşlığın inkişafına böyük töhfələr verən uğurlu platformadır. Qurumun müasir dünyamızı düşündürən aktual çağırışlara xüsusi diqqət yetirməsi təqdirəlayiqdir. ICAPP həm çoxtərəfli, həm də ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradan təşkilatdır”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.
Azərbaycanın balanslı, bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərinə əsaslanan xarici siyasət kursu həyata keçirdiyini xüsusi vurğulayan M.İbrahimqızı bildirib ki, ölkəmiz bir çox beynəlxalq təşkilatların fəal üzvüdür: “Azərbaycan ICAPP-ın da fəal üzvü kimi diqqətdədir. Asiya ilə Avropanın qovuşağında yerləşən Azərbaycan müxtəlif mədəniyyətlər, sivilizasiyalar arasında körpü rolunu oynayır. Azərbaycanın müxtəlif beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etməsində bu amilin rolu xüsusi qeyd olunur. Azərbaycan ICAPP-da Asiya ilə Avropa arasında körpü rolunu oynayan ölkə kimi əhəmiyyətli rol oynayır. Ölkəmizin, eyni zamanda, bölgənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ICAPP yaranandan onun fəal üzvüdür. Baxmayaraq ki, qurumda çox güclü dövlətlər təmsil olunurlar, Azərbaycanın xüsusi fəallığı daim İCAPP rəhbərliyi tərəfindən yüksək dəyərləndirilir. YAP qurumun qəbul etdiyi qərarlarda fəal iştirak edir. Yeni Azərbaycan Partiyasının ICAPP-da yeri və rolu ümumilikdə Azərbaycanın, dövlətimizin başçısı İlham Əliyevin uğurlu siyasətinin Asiya qitəsinə töhfələrinin aydın mənzərəsini yaradır. Ölkəmizdə ICAPP-ın müxtəlif səviyyələrdə tədbirləri keçirilir. 2012-ci ildə Bakıda Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının “Asiyada təhlükəsizlik, sülh və əməkdaşlıq” mövzusunda VII Baş Assambleyasının keçirilməsi, həmçinin ölkəmizin təşəbbüsü ilə qurumun Qadınlar və Gənclər qolunun yaradılması və sair kimi tədbirlər əməkdaşlığın hansı səviyyədə olmasına işıq salır”.
M.İbrahimqızı onu da qeyd edib ki, əməkdaşlığın inkişaf göstəricilərindən biri kimi ICAPP-ın Baş Məclisinin qəbul etdiyi qərarlarda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsini, Ermənistanın işğalçılıq siyasətinin pislənildiyini xüsusi qeyd etməliyik: “Qurumda təmsil olunan ölkələrin nümayəndələri münaqişənin əsl mahiyyətinin ölkələrində təbliğində fəal iştirak edirlər”.
Millət vəkili qeyd edib ki, Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Gənclər Qolunun 5-ci və Qadınlar Qolunun 6-cı iclasının keçirilməsi də əlaqələrimizin bugünkü inkişaf səviyyəsinin göstəricisidir: “İclaslar üçün seçilən “Gənclərin sosial və siyasi proseslərdə rolu və qadınların fəallığının gücləndirilməsi” mövzusu müasir dünyamızın əsas çağırışları sırasındadır. Azərbaycanın hər bir çağırışı yüksək səviyyədə dəyərləndirməsi dünyanın diqqətindədir. Düşünürəm ki, bu tədbirlər ICAPP-YAP əlaqələrinin yeni prioritetlər üzrə inkişafına böyük dəstək olacaq”.
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

