/ / YAP-ın namizədi Nəsib Məhəməliyevin təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri keçirilib
YAP-ın namizədi Nəsib Məhəməliyevin təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşləri keçirilib
05.02.2020 [09:53]
9 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 109 saylı Balakən seçki dairəsi üzrə namizədi Nəsib Məhəməliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri uğurla davam edir. Növbəti belə görüş rayonun Qullar kəndində keçirilib.
Görüşdə çıxış edən namizədin vəkilləri və təşviqat qrupunun üzvləri parlament seçkilərinin əhəmiyyəti və Nəsib Məhəməliyevin fəaliyyəti barədə geniş məlumat verərək seçiciləri YAP-ın namizədinə səs verməyə çağırıblar.
Seçicilər qarşısında çıxışında əvvəlcə Azərbaycanda həyata keçirilən islahatlar barədə məlumat verən Nəsib Məhəməliyev deyib ki, ölkəmiz zamanın çağırışları ilə səsləşən islahatları uğurla həyata keçirməklə iqtisadi sahədə dinamik inkişafa nail olub. Namizədin sözlərinə görə, son 16 ildə milli iqtisadiyyatımız 3,3 dəfə genişlənib ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Azərbaycan 2019-cu ildə də islahatlar kursuna sadiq qalıb və müxtəlif sahələri əhatə edən islahatlar həyata keçirilib. Bunun nəticəsində də iqtisadi aktivliyin artırılmasına, şəffaflığın təmin olunmasına, biznes mühitinin daha da optimallaşdırılmasına imkan yaranıb.
Daha sonra fəaliyyəti haqqında yüksək fikirlər səsləndirdiklərinə və hərtərəfli dəstəyə görə seçicilərə minnətdarlıq edən Nəsib Məhəməliyev yenidən Milli Məclisin deputatı seçiləcəyi təqdirdə yenə də daim seçicilərinin yanında olacağını və onların qayğılarına həssaslıqla yanaşacağını vurğulayıb.
Görüşdə çıxış edən seçicilər - Elman Xipiyev, Mahir Hacıyev, Rasim Göylərov, Arzu Qocayev, Elçin Musayev və digərləri Nəsib Məhəməliyevin ən fəal millət vəkillərindən biri olduğunu ifadə edərək, qarşıdan gələn parlament seçkilərində mütəşəkkil qaydada seçki məntəqələrinə gedib YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Nəsib Məhəməliyevin daha bir görüşü rayonda ilk dəfə səs verəcək gənclərlə keçirilib. Görüşdə ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti barədə məlumat verilib və qeyd olunub ki, gənclər ölkəmizdə ictimai-siyasi proseslərdə fəal iştirak edirlər. Çıxış edən gənclər - Zeynal Əmirəliyev, Rasim Zeynalov, Əli Adıgözəlov, Orxan Əliyev, Emiliya Əmiraslanova, Ləman Seyidova, Vüsalə Mikayılova və digərləri gənclərin parlament seçkilərində fəal iştirak edəcəklərini və YAP-ın namizədinə səs verəcəklərini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40
İqtisadiyyat
18 Sentyabr 15:32
Dünya
18 Sentyabr 15:31
YAP xəbərləri
18 Sentyabr 14:56
YAP xəbərləri
18 Sentyabr 14:54
Dünya
18 Sentyabr 14:50
Sosial
18 Sentyabr 14:50
Siyasət
18 Sentyabr 14:28
Dünya
18 Sentyabr 14:27
İqtisadiyyat
18 Sentyabr 13:55
Dünya
18 Sentyabr 13:42
Dünya
18 Sentyabr 13:19
YAP xəbərləri
18 Sentyabr 13:07
Dünya
18 Sentyabr 12:50
Gündəm
18 Sentyabr 12:35
Dünya
18 Sentyabr 12:21
Formula 1
18 Sentyabr 12:12
Hadisə
18 Sentyabr 12:12
Elm
18 Sentyabr 12:11
Mədəniyyət
18 Sentyabr 12:10
İdman
18 Sentyabr 12:10
Sosial
18 Sentyabr 11:55
Sosial
18 Sentyabr 11:49
Gündəm
18 Sentyabr 11:46
Xəbər lenti
18 Sentyabr 11:39
Sosial
18 Sentyabr 11:30
Gündəm
18 Sentyabr 11:28
Siyasət
18 Sentyabr 11:04
İqtisadiyyat
18 Sentyabr 10:54
Sosial
18 Sentyabr 10:43
Siyasət
18 Sentyabr 10:21
Siyasət
18 Sentyabr 09:45
Siyasət
18 Sentyabr 09:41
Analitik
18 Sentyabr 09:17
Ədəbiyyat
18 Sentyabr 08:59
Mədəniyyət
18 Sentyabr 08:30
Dünya
17 Sentyabr 23:39
Dünya
17 Sentyabr 23:17
Sosial
17 Sentyabr 22:43
Dünya
17 Sentyabr 22:25
Dünya
17 Sentyabr 21:50
Dünya
17 Sentyabr 21:18
Dünya
17 Sentyabr 20:45
Dünya
17 Sentyabr 20:17
Dünya
17 Sentyabr 19:59
Xəbər lenti
17 Sentyabr 19:21
Xəbər lenti
17 Sentyabr 18:26
YAP xəbərləri
17 Sentyabr 17:59
Siyasət
17 Sentyabr 17:24
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Siyasət
17 Sentyabr 17:23
Gündəm
17 Sentyabr 17:16
Gündəm
17 Sentyabr 17:04
Gündəm
17 Sentyabr 17:01
YAP xəbərləri
17 Sentyabr 16:49
YAP xəbərləri
17 Sentyabr 16:47
Analitik
17 Sentyabr 16:45
YAP xəbərləri
17 Sentyabr 16:42
YAP xəbərləri
17 Sentyabr 16:39

