/ / Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib
Yevlaxda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib
10.05.2020 [20:45]
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının təşəbbüsü ilə videokonfrans formatında tədbir keçirilib. Videokonfransı giriş sözü ilə açan YAP Yevlax rayon təşkilatının Aparat rəhbəri Rafiq Əliyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən danışıb.
Çıxışında bu videokonfransa qatılanlar arasında rayon təşkilatının fəal gənclərinin çoxluq təşkil etdiyini deyən Rafiq Əliyev bildirib ki, Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub.
Sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdrilib.
Çıxış edən millət vəkili, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə görülən misilsiz işlərdən ətraflı bəhs edib. Ulu Öndərin 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra respublika üçün görülən işlər barədə geniş məlumat verən İlham Məmmədov, həmçinin 1990-cı illərin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışıb. Millət vəkili deyib ki, Azərbaycanın az qala itirilməkdə olan müstəqilliyi Ulu Öndərin müdrik siyasəti nəticəsində qorunub saxlanılıb, ölkəni bürüyən özbaşınalıq və xaos aradan qaldırılıb, dağılmış iqtisadiyyat bərpa edilib, siyasi sabitliyə və iqtisadi inkişafa nail olunub.
Millət vəkili, həmçinin dahi rəhbərin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini deyib.
Daha sonra çıxış edən DQİDK-nin Yevlax bölgəsi üzrə şöbənin əməkdaşı, YAP Yevlax rayon təşkilatının Gənclər Birliyinin üzvü Fərid Vaqifli, Yevlax rayon Gənclər və İdman idarəsinin əməkdaşı Etibar Məmmədov və başqaları Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra əsası qoyulan və bu gün uğurla davam etdirilən gənclər siyasətindən danışıblar. Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin azərbaycançılıq məfkurəsini öyrənmək hər bir Azərbaycan vətəndaşının, xüsusən də gənclərin vətəndaşlıq borcudur.
Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb və videokonfrans öz işini müzakirələrlə davam etdirib.
Xəbər lenti
Hamısına baxDünya
20 Sentyabr 18:13
Dünya
20 Sentyabr 17:39
Dünya
20 Sentyabr 16:26
Dünya
20 Sentyabr 15:31
Dünya
20 Sentyabr 14:40
Dünya
20 Sentyabr 13:19
Dünya
20 Sentyabr 12:35
Dünya
20 Sentyabr 11:28
Analitik
20 Sentyabr 11:11
Dünya
20 Sentyabr 10:43
Dünya
20 Sentyabr 10:17
Dünya
20 Sentyabr 09:52
İdman
20 Sentyabr 09:20
Gündəm
20 Sentyabr 08:43
Dünya
19 Sentyabr 23:30
Hadisə
19 Sentyabr 22:40
Dünya
19 Sentyabr 22:19
Siyasət
19 Sentyabr 21:35
Mədəniyyət
19 Sentyabr 21:33
Sosial
19 Sentyabr 20:25
Sosial
19 Sentyabr 19:17
Siyasət
19 Sentyabr 18:34
Dünya
19 Sentyabr 18:22
Dünya
19 Sentyabr 17:38
Sosial
19 Sentyabr 16:35
Hadisə
19 Sentyabr 15:30
Gündəm
19 Sentyabr 14:46
Sosial
19 Sentyabr 14:43
Sosial
19 Sentyabr 14:35
Gündəm
19 Sentyabr 13:19
Dünya
19 Sentyabr 12:23
Gündəm
19 Sentyabr 11:05
Siyasət
19 Sentyabr 11:00
İqtisadiyyat
19 Sentyabr 10:59
Gündəm
19 Sentyabr 10:40
Siyasət
19 Sentyabr 10:25
Gündəm
19 Sentyabr 10:23
İqtisadiyyat
19 Sentyabr 09:41
Analitik
19 Sentyabr 09:14
Ədəbiyyat
19 Sentyabr 08:57
Ədəbiyyat
19 Sentyabr 08:31
Gündəm
19 Sentyabr 08:16
Dünya
18 Sentyabr 23:46
Dünya
18 Sentyabr 23:21
Dünya
18 Sentyabr 22:49
Dünya
18 Sentyabr 22:17
Dünya
18 Sentyabr 21:53
Dünya
18 Sentyabr 21:25
Dünya
18 Sentyabr 20:43
Dünya
18 Sentyabr 20:18
Dünya
18 Sentyabr 19:59
Dünya
18 Sentyabr 19:20
YAP xəbərləri
18 Sentyabr 19:07
YAP xəbərləri
18 Sentyabr 19:03
YAP xəbərləri
18 Sentyabr 19:00
Dünya
18 Sentyabr 18:25
Analitik
18 Sentyabr 18:15
Siyasət
18 Sentyabr 18:03
Dünya
18 Sentyabr 17:45
Dünya
18 Sentyabr 17:19
YAP xəbərləri
18 Sentyabr 16:30
YAP xəbərləri
18 Sentyabr 16:23
Dünya
18 Sentyabr 16:23
Elanlar
18 Sentyabr 16:21
Din
18 Sentyabr 16:12
Dünya
18 Sentyabr 16:04
Dünya
18 Sentyabr 15:52
Dünya
18 Sentyabr 15:48
Mədəniyyət
18 Sentyabr 15:47
Elm
18 Sentyabr 15:40

