Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib
05.06.2020 [08:56]
İyunun 4-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, iclasda pandemiya ilə əlaqədar Yeni Azərbaycan Partiyasının gördüyü işlər barədə məlumat dinlənilib.
Qeyd edilib ki, Azərbaycan Respublikasında koronavirus pandemiyasının geniş yayılmaması və pandemiyanın vura biləcəyi zərərin qarşısını almaq üçün sistemli tədbirlər həyata keçirilib. Görülən tədbirlər sırasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi də xüsusi diqqət mərkəzindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və birbaşa rəhbərliyi altında epidemiyanın qarşısının alınması və fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərdə Yeni Azərbaycan Partiyası yaxından və fəal iştirak edib, bu istiqamətdə bir sıra mühüm aksiyalar keçirib. Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna bütövlükdə 500 min manat, Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna isə 30 min manat ianə edib. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə ayrılmış ərzaq yardımları YAP-ın könüllüləri tərəfindən 33355 imkansız ailəyə çatdırılıb.
Yeni Azərbaycan Partiyası tərəfindən 21-29 mart tarixlərində “Sağlamlığımız milli həmrəyliyimizdədir” devizi ilə keçirilən kampaniya çərçivəsində bütün respublika ərazisində ahıl, imkansız və ehtiyacı olan 7780 ailəyə könüllülər vasitəsilə gigiyenik vasitələr çatdırılıb. YAP tərəfindən aprelin 4-də start verilmiş və xüsusi karantin rejiminin tətbiq olunduğu dövr ərzində davam edən aksiya çərçivəsində partiyanın rayon təşkilatlarının, eləcə də fəalların maliyyə dəstəyi ilə 17324 ailəyə ərzaq və digər yardımlar göstərilib.
Yeni Azərbaycan Partiyasının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aprelin 4-də başladığı birgə sosial aksiya çərçivəsində isə 21138 ailəyə sosial xidmət göstərilib.
İclasda, həmçinin Yeni Azərbaycan Partiyasında fəaliyyət göstərən komissiyaların yenidən formalaşması məsələsi müzakirə edilib. Qəbul edilmiş qərara əsasən, komissiyaların tərkibində müvafiq dəyişikliklər edilib. İclas iştirakçıları komissiyaların fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təkliflərlə çıxış ediblər.
Daha sonra partiya həyatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

