/ / İlhamə Cabbarova: Azərbaycan dünyanı qlobal həmrəyliyə çağırdığı halda, Ermənistan faşizm və işğalçı siyasətindən əl çəkmir
İlhamə Cabbarova: Azərbaycan dünyanı qlobal həmrəyliyə çağırdığı halda, Ermənistan faşizm və işğalçı siyasətindən əl çəkmir
16.07.2020 [09:17]
“Müasir dünya xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında yeni şərtlər müəyyənləşdirir. Bu şərtlərdən ən mühümü qlobal siyasət arenasının sərt müdaxilələri qarşısında tab gətirmək üçün liderlik qabiliyyətinin nümayiş etdirilməsidir. Bu baxımdan, Prezident İlham Əliyev kimi qətiyyətli liderin Azərbaycana rəhbərlik etməsi ən böyük şansımızdır”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Suraxanı rayon təşkilatı Qadınlar Şurasının sədr müavini, Əməkdar həkim İlhamə Cabbarova deyib.
İ.Cabbarovanın sözlərinə görə, Azərbaycan Prezidentinin ölkədə və beynəlxalq müstəvidə əldə etdiyi uğurlar da Onun liderlik qabiliyyətinə əsaslanır: “Dövlət başçısı İlham Əliyevin ötən müddətdə əldə etdiyi böyük siyasi nailiyyətlər Onun liderlik üçün zəruri keyfiyyətlərə malik olduğunu bir daha təsdiqləyir. Heydər Əliyev məktəbini keçmiş bir şəxsiyyətin müstəqil dövlət quruculuğunda əldə etdiyi uğurlar təsadüf ola bilməz. Ümummilli Liderin möhkəm təməl üzərində formalaşdırdığı xarici siyasət kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirilməsinin nəticəsidir ki, indi Azərbaycanın səsi dünyanın ən mötəbər tribunalarından gəlir”.
İ.Cabbarova deyib ki, pandemiyaya qarşı mübarizədə Prezident İlham Əliyevin fövqəladə bacarıq nümayiş etdirməsi, qlobal həmrəylik təşəbbüsü irəli sürməsi təqdirəlayiq haldır: “Dövlətimizin başçısının İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə COVID-19-a qarşı mübarizə məqsədilə Qoşulmama Hərəkatı və Türk Şurasının videokonfrans fromatında Zirvə görüşlərinin keçirilməsini də əlamətdar tarixi hadisələr kimi qeyd etmək olar. Eyni zamanda, Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklənməsi və COVID-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi barədə qərar qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə olan böyük etimadın növbəti göstəricisidir”.
Onun sözlərinə görə, Azərbaycan dünyanı qlobal həmrəyliyə çağırdığı halda, Ermənistan faşizm və işğalçı siyasətindən əl çəkmir: “Təcavüzkar Ermənistan aparılan sülh danışıqları prosesində qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Ona görə də, Ermənistanın işğalçılıq siyasətini davam etdirməsinə dünya birliyi göz yummamalı, onun təxribatlarına qarşı dərhal qəti mövqeyini ortaya qoymalıdır”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31

