Gənclər üçün biliklərin mübadiləsinə yardımçı olan "Onlayn yay düşərgəsi" davam edir
31.07.2020 [11:06]
İyulun 30-da YAP Gənclər Birliyinin onlayn yay düşərgəsində "Gəncliyin strateji vəzifələri" mövzusunda növbəti seminar keçirilib.
Videokonfransın moderatoru Milli Məclisin deputatı, YAP Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov dövlət gənclər siyasətinin əsas prinsip və prioritetləri barədə məlumat verib. Vurğulanıb ki, özündə yüksək intellektual potensialı birləşdirən YAP-ın sıralarında gənclər böyük üstünlük təşkil edir və partiya sıralarına yeni qoşulanların mütləq əksəriyyəti də gənclərdən ibarətdir. Bu gün YAP üzvlərinin 40 faizə qədərini gənclər təşkil edir. YAP öz fəaliyyətində daim üzvlərinin rəy və təkliflərini nəzərə alır və demokratik idarəçilik prinsiplərini layiqincə tətbiq edir. Bu baxımdan, gənclərin düşüncə və ideyaları hər zaman diqqət mərkəzində saxlanılır. Elə 2007-ci ildən təşkil olunan “Gənc liderlərin yay məktəbi” layihəsi partiyanın gənclərə dəstəyi və dövlət gənclər siyasətinə töhfəsidir.
Videokonfrans formatında keçən düşərgədə növbəti söz Milli Məclisin deputatı, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruca verilmişdir. O, ilk dəfə olaraq gənclər üçün onlayn yay düşərgəsinin keçirilməsini yüksək qiymətləndirib. Sonra Zahid Oruc gənclərə "Gəncliyin strateji vəzifələri" mövzusunda seminar keçib.
Qeyd olunub ki, bu gün gənc nəslin müasir tələblərə uyğun inkişafı, onun intellektual potensialının daim zənginləşdirilməsi, beynəlxalq aləmdə ölkəni layiqincə təmsil etməsi dövlətin diqqət yetirdiyi prioritet sahələr sırasında yer alır. Sürətli tərəqqiyə can atan cəmiyyət qarşısında duran mühüm vəzifələrdən biri gənclərlə bağlı dəqiq və hərtərəfli düşünülmüş siyasətin həyata keçirilməsidir. Belə bir siyasətin mövcudluğu gəncliyin özünüifadəsi üçün geniş imkanlar yaradır, onun milli inkişaf prosesində aparıcı rol oynamasını şərtləndirir.
Bildirilib ki, qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, irimiqyaslı layihələrin icrasına qoşulur, idarəetmədə rolunu artırır, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənir.
Müzakirələr zamanı diqqətə çatdırılıb ki, bu günə qədər gənclər siyasətinə dair bir sıra proqramlar və qanunlar qəbul olunub. Bu proqramlar ölkəmizdə gənclər üçün infrastrukturun yaradılmasından başlamış, onların xaricdə təhsilinə, yaradıcı və elmi fəaliyyətlə məşğul olan gənclərlə yanaşı kütləvi idmanı təbliğ etməklə sağlam gəncliyin formalaşmasına töhfə verməklə çox geniş spektri əhatə edib.
Daha sonra onlayn düşərgədə iştirak edən gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, "Onlayn yay düşərgəsi" çərçivəsində təşkil olunan seminarlar, diskussiyalar zamanı gənclər öz biliklərini artırır, bir-birləri ilə virtual ünsiyyət əsasında həm dostluq əlaqələrinin qurulmasına, həm də biliklərinin mübadiləsinə nail olurlar. Gənclər üçün həm təcrübə, həm də biliklərin mübadiləsinə yardımçı olan "Onlayn yay düşərgəsi" davam edir.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

