Ramidə İbrahimova: COVID-19-a qalib gəlmək üçün hər bir vətəndaş məsuliyyətli olmalıdır
18.08.2020 [08:55]
“Ölkəmizdə karantin rejiminin tədricən yumşaldılması o demək deyil ki, pandemiya sona çatıb. Bilirsiniz ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay müddətinə fövqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar yeni növ koronavirus (COVID-19) infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatı Qadınlar Şurasının sədri Ramidə İbrahimova deyib.
Ramidə İbrahimova bildirib ki, COVID-19 infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Azərbaycan dövləti tərəfindən mühüm tədbirlər həyata keçirilib: “Bu ilin əvvəlindən zəruri qabaqlayıcı tədbirlərin görülməsinə başlanıb. Səhiyyə sisteminin restruktizasiyası, tibbi sənayenin inkişafı fonunda COVID-19 virusunun diaqnostikası, habelə bu xəstəliyin müalicəsi üçün zəruri olan Avropa istehsalı olan laborator testlər, tibb avadanlığı və ləvazimatlar, qoruyucu vasitələr Azərbaycana gətirilib, paytaxt və regionlarda xüsusi rejimli xəstəxanalar, karantin zonaları yaradılıb, eləcə də modul tipli xəstəxanalar qurulub. Artıq 9 bu tipli xəstəxana istifadəyə verilib. Eyni zamanda, virusla mübarizə sahəsində ölkədəki tələbatı qarşılamaq məqsədilə qoruyucu maska və digər zəruri tibbi ləvazimatların istehsalına başlanılıb, xüsusi rejimli xəstəxanalar müvafiq dərman və qoruyucu vasitələrlə təmin olunub. Həmcinin, xaricdə təhsil almış həkimlərin, müxtəlif ölkələrin həkimlərinin bu mübarizəyə cəlb edilməsi də təqdirəlayiq haldır. Onu da qeyd etmək lazımdır ki, əhalinin maarifləndirilməsi, tibb işcilərinin səfərbər edilməsi istiqamətində Ümumdünya Səhiyyə Təşkilatı ilə koordinasiyalı fəaliyyət də effektiv vasitələrdən biridir”.
Onun sözlərinə görə, hazırda ölkəmizdə virusa yoluxanların sayının azalması ilə bağlı müsbət dinamika müşahidə olunur, sağalanların sayı yoluxanların sayını xeyli üstələyir: “Bu müsbət dinamikanın saxlanması və uğurlu sonluğa çatmaq üçün fərdi və ictimai məsuliyyətin olması çox vacibdir. Bu baxımdan hər kəs özünü və yaxınlarını virusa yoluxmadan maksimum qorumaq üçün tibbi-profilaktik qaydalara riayət etməli, ictimai yerlərdə 5 nəfərdən artıq qruplarda cəmləşməməli, sosial məsafəni saxlamalı, qoruyucu tibbi maskalardan istifadə etməlidir. Biz birlikdə mübarizə apararaq bu bəlaya qalib gələ və normal həyatımıza dönə bilərik”.
Xəbər lenti
Hamısına baxGündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16

