/ / Əli Əhmədov: Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir
21.11.2020 [00:27]
Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP sədrinin müavini - İcra katibi Əli Əhmədov Yeni Azərbaycan Partiyasının yaranmasının 28-ci ildönümü münasibətilə özünün rəsmi “Facebook” səhifəsində paylaşım edib. AZƏRTAC Əli Əhmədovun qeydlərini təqdim edir.
Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Yeni Azərbaycan Partiyasının təsis olunmasından 28 il keçir. Yeni Azərbaycan Partiyası müstəqilliyinə qovuşan ölkəmizin həyatının ən təlatümlü, həyəcanlı zamanında, torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt edildiyi günlərdə yaradılırdı. Təsis edilməsinin 28-ci ildönümünü isə partiyamız ölkəmizin tarixinin ən şanlı anlarında - işğal edilmiş torpaqlarımızın azad edildiyi dövrdə qeyd edir. Yəqin ki, Yeni Azərbaycan Partiyasının builki ildönümü onun ən şərəfli, yaddaqalan ad günü olacaqdır. Partiyamızın yaradıcısı Ümummilli Lider Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində total böhran içində boğulan, parçalanmaqda olan Azərbaycanı qurtuluşa qovuşdurub qüdrətli, müstəqil Azərbaycan dövlətini qurduğu kimi, onun layiqli davamçısı Prezident İlham Əliyev ölkəmizi torpaqlarımızın 30 illik işğalından xilas etdi. Yeni Azərbaycan Partiyası Azərbaycanın şərəfli tarixinin yaşıdı, möhtəşəm uğurlarımızın ilham mənbəyidir. Müasir Azərbaycanın həyatının ən möhtəşəm anları, ən nəhəng uğurları və tarixi qələbələri onun liderləri olan Heydər Əliyevin və İlham Əliyevin adları ilə bağlıdır. 1990-cı illərin əvvəllərində böhranların ağır məngənəsində boğulan Azərbaycanın çiçəklənən gənc dövlətə, məğlub ölkədən qalib ölkəyə çevrilməsi yaşadığımız və şahidi olduğumuz tarixin heyrətamiz inkişafıdır.
Yeni Azərbaycan Partiyası ecazkar siyasi taleyi olan təşkilat sayıla bilər və sayılmalıdır. Yaradılmasından cəmi 6 ay sonra hakim partiyaya çevrilməsindən tutmuş, Azərbaycanın həyatında baş verən ən nəhəng uğur və nailiyyətlərə qədər mütərəqqi və qürurverici nə varsa, ona rəhbərlik etmiş iki dahi şəxsiyyətin - Heydər Əliyevin və İlham Əliyevin sayəsində mümkün olub. Bu sırada xalqımızın tarixinin və taleyinin ən şərəfli hadisəsi - 30 illik işğaldan sonra doğma Qarabağın azad edilməsi xüsusi yer tutur. Torpaqlarımızın azad edilməsi ölkəmizin həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoyur. Bu, yeni imkanlar, yeni uğurlar, yeni zirvələr mərhələsi olacaq.
Yeni Azərbaycan Partiyasının yaradılmasının növbəti ildönümündə böyük hörmət və ehtiramla Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edirəm. Əlamətdar gün və tarixi qələbə münasibətilə Yeni Azərbaycan Partiyasının sədri, Prezident, Ali Baş Komandan İlham Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Eləcə də Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü və tarixi qələbələr münasibətilə partiyamızın bütün üzvlərini təbrik edirəm.
Xəbər lenti
Hamısına baxDünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Gündəm
18 May 11:55
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16

