“Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib
15.06.2021 [08:34]
İyunun 15-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Milli Qurtuluş Gününə həsr olunmuş Ümummilli Lider Heydər Əliyevin “Xilaskarlıq missiyası” mövzusunda videokonfrans keçirilib. Videokonfransda YAP Veteranlar Şurasının üzvləri, YAP Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Şamaxı rayon təşkilatlarının Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.
Tədbirin moderatoru, YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə bildirib ki, Azərbaycan xalqının tarixində faciəli anlar, sarsıntılar az olmayıb. Xalqımız dəfələrlə böyükmiqyaslı təhlükələrlə üzləşib. YAP Veteranlar Şurasının sədri xüsusi olaraq vurğulayıb ki, 1990-cı illərin əvvəlləri ölkəmiz və xalqımız üçün ən faciəli dövr olub: “Söhbət bizim bir millət kimi varlığımızdan gedirdi. Ozamankı hakimiyyətin səriştəsizliyi nəticəsində Azərbaycan məhv olmaq təhlükəsi yaşayırdı. Tarixinin bu böhranlı məqamında xalq ümidini Ulu Öndər Heydər Əliyevə bağlamışdı. Hamı başa düşürdü ki, ölkəni bu fəlakətlərdən yalnız Heydər Əliyev xilas edə bilər. 1993-cü ildə iyun hadisələri zamanı xalqın təkidli tələbi Ulu Öndər Heydər Əliyev Bakıya gəlməyə razılıq verdi. Hətta ozamankı hakimiyyət də Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu”.
YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə Milli Qurtuluş Gününün Azərbaycanın tarixində müstəsna rol oynadığını bir daha yada salıb: “Qanunsuz silahlı birləşmələr və quldur dəstələri ləğv edildi, ölkə parçalanmaq təhlükəsindən xilas edildi, vətəndaş müharibəsinin qarşısı alındı, nizami ordu yaradıldı. Məhz qurtuluşdan başlanan yol Azərbaycanın inkişaf və tərəqqisini təmin etdi”.
Arif Rəhimzadə bildirib ki, bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyev siyasəti uğurla davam etdirilir.
Daha sonra YAP Veteranlar Şurasının üzvü, Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək 15 iyunun sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik gün olduğunu vurğulayıb: “Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtması Azərbaycanın çoxəsrlik tarixinə möhtəşəm siyasi hadisə kimi daxil olub”.
Vətən müharibəsinə diqqət çəkən Əhliman Əmiraslanov deyib ki, İkinci Qarabağ müharibəsində qazanılan Qələbə Azərbaycanın müstəqillik və bütövlükdə, dövlətçilik tarixinin mühüm hadisəsidir: “Biz qalib xalqıq. Torpaqlarımızın işğaldan azad edilməsi göstərdi ki, dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həqiqətən tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün hər bir azərbaycanlı haqlı olaraq Cənubi Qafqazın təkcə lider dövlətinin deyil, həm də qalib dövlətinin vətəndaşı olması ilə fəxr edir. İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi Qələbə ilə Azərbaycan həm də bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan qaydaları özü müəyyənləşdirir, diktə edir”.
Xatırladaq ki, videokonfransda YAP Xızı rayon təşkilatından İman Ağayev, Şamaxı rayon təşkilatından Nuranə Məmmədova, Quba rayon təşkilatından Əhməd Bəkirli, Xaçmaz rayon təşkilatından Fərid Musayev və Şabran rayon təşkilatından Fərid Bağırzadə partiyanın Veteranlar Şurasının üzvlərinə suallar ünvanlayıblar.
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

