Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

Şəhid Cəmil Məmmədlinin məzarı ziyarət olunub

21.06.2021 [08:48]

Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının üzvləri şəhid Cəmil Məmmədlinin məzarını ziyarət ediblər. Şəhidimizin məzarı üzərinə güllər və əklil qoyulub, ruhuna dualar oxunub.
Şəhid Cəmil Məmmədlinin anası Aygün xanım Məmmədova göstərilən yüksək diqqət və qayğıya görə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, şəhid Məmmədli Cəmil Habil oğlu 2020-ci ilin iyul ayında ali təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. Xidmətinin yeni başlamasına baxmayaraq, sentyabrın 27-də Vətən müharibəsi başlayan zaman könüllü olaraq ön cəbhəyə göndərilməsini xahiş edib. Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabr ayının 14-dən 15-ə keçən gecə Hadrut döyüşü zamanı qəhrəmancasına vuruşaraq şəhidlik zirvəsinə yüksəlib.
Ölümündən sonra Məmmədli Cəmil Habil oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
MÜŞFİQƏ

Paylaş:
Baxılıb: 787 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30