/ / “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Təhsil indeksinin artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Təhsil indeksinin artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib
10.07.2021 [09:45]
İyulun 9-da Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında partiyanın Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Təhsil indeksinin artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib.
Tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov mövzu ilə əlaqədar məlumat verib.
Tədbirdə Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsil indeksinin artırılması istiqamətində dövlət siyasəti” mövzusunda təqdimatla çıxış edib. F. Qurbanov Azərbaycan təhsilinin keçdiyi inkişaf yolundan bəhs edib, təhsilimizin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzolunmaz xidmətlərindən danışıb. Nazir müavini bildirib ki, Ulu Öndərimizin dediyi kimi, təhsil millətin gələcəyidir: “Bu gün təhsilimizin davamlı inkişafı Prezident İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın xüsusi diqqət mərkəzindədir.”
F.Qurbanov qeyd edib ki, elm və təhsil hər bir dövlətin və cəmiyyətin inkişafında mühüm amildir. Bu gün Azərbaycan dövləti gənclərin yüksək təhsil alması üçün bütün lazımi addımları atır. Xüsusilə təhsilimizin maddi-texniki bazasının gücləndirilməsi, dünya təhsilinə inteqrasiyası istiqamətində sistemli tədbirlər həyata keçirilir. Gənc nəslin yüksək biliklərə sahib olması, vətənpərvər ruhda yetişdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, dünyanın nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi və s. addımlar bu qəbildəndir. 2013-cü ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsil sahəsində islahatların yeni mərhələsi olub. Bu strategiyaya uyğun olaraq müasir beynəlxalq təhsil standartlarına əsaslanaraq, Azərbaycanda təhsilin keyfiyyətini yüksəltmək məqsədilə davamlı islahatlar həyata keçirilməkdədir.
Nazir müavini söyləyib ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərində təhsil sahəsi də mühüm yer tutur. Bu baxımdan, Azərbaycan dövləti təhsilimizin davamlı inkişafını prioritet hesab edir. Hər bir cəmiyyətin inkişafının gənc nəslin yüksək bilik və bacarıqlara sahib olması ilə əlaqələndirən Firudin Qurbanovun sözlərinə görə, 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı möhtəşəm qələbə gənclərimizin yüksək vətənpərvərlik ruhunda formalaşdığını sübut etdi. O, Azərbaycanın gələcək inkişafı naminə müasir biliklərə yiyələnməyi, milli dəyərləri qorumağı, vətənpərvər olmağı gənclərimizin başlıca vəzifələrindən olduğunu diqqətə çatdırıb. Nazir müavini bu istiqamətdə gənclərə öz tövsiyələrini verib.
Daha sonra gənclərin çoxsaylı sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15
Elanlar
06 Oktyabr 16:15
Siyasət
06 Oktyabr 16:14
Siyasət
06 Oktyabr 16:12
Siyasət
06 Oktyabr 16:12
Gündəm
06 Oktyabr 16:11
YAP xəbərləri
06 Oktyabr 15:53
Siyasət
06 Oktyabr 15:52
YAP xəbərləri
06 Oktyabr 15:49
Sosial
06 Oktyabr 15:41
Dünya
06 Oktyabr 15:39
Siyasət
06 Oktyabr 15:23
Siyasət
06 Oktyabr 15:22
Siyasət
06 Oktyabr 15:10
YAP xəbərləri
06 Oktyabr 14:25
YAP xəbərləri
06 Oktyabr 14:22
Dünya
06 Oktyabr 14:18
YAP xəbərləri
06 Oktyabr 13:35
İdman
06 Oktyabr 13:32
YAP xəbərləri
06 Oktyabr 13:10
Siyasət
06 Oktyabr 13:07
Gündəm
06 Oktyabr 12:51
Siyasət
06 Oktyabr 12:32
Sosial
06 Oktyabr 12:27
İqtisadiyyat
06 Oktyabr 12:12

