Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Şirvan şəhər təşkilatının üzvləri şəhid Ramil Əliyevin ailəsini ziyarət ediblər

YAP Şirvan şəhər təşkilatının üzvləri şəhid Ramil Əliyevin ailəsini ziyarət ediblər

14.08.2021 [00:38]

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının üzvləri 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan hərbçilərimizin ailələri ilə görüşlərini davam etdirirlər. Bu görüşlər çərçivəsində şəhid Əliyev Ramil Vüqarəddin oğlunun ailəsi ziyarət olunub. Görüş zamanı ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdən bəhs edilib. Bildirilib ki, şəhid Ramil Əliyev kimi qəhrəmanlarımızın xatirəsi hər zaman yaddaşlarda qalacaq.

Şəhid ailəsinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, 1996-cı ildə anadan olmuş şəhid Əliyev Ramil Vüqarəddin oğlu  Zəngilan, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərindəki döyüşlərdə fərqləndiyi üçün ölkə Prezidentinin müvafiq sərəncamları ilə təltif olunub.

Paylaş:
Baxılıb: 768 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30