YAP Şamaxı rayon təşkilatının IX hesabat konfransı keçirilib
20.08.2021 [10:05]
Avqustun 19-da Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının videoformatda IX hesabat konfransı keçirilib.
Əvvəlcə Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gündəliyə uyğun olaraq Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsi ilə çıxış edib. O, tədbirlər planına uyğun olaraq hesabat dövrü ərzində görülmüş işlərdən, partiya üzvlərinin ictimai-siyasi proseslərdəki aktiv iştirakından geniş bəhs edib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun yeni dövrün tələblərinə uyğun davam etdirilməsi sayəsində Azərbaycanın qazandığı möhtəşəm uğurlardan danışan B.Abbasov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizlə Azərbaycanı dünyaya qalib ölkə kimi təqdim etdi.
B.Abbasov daha sonra qeyd edib ki, hazırda YAP Şamaxı rayon təşkilatının 85 ərazi ilk partiya təşkilatı öz sıralarında 8126 üzvü birləşdirir. Onlardan 4350 nəfəri qadınlar, 4071 nəfəri isə gənclərdir.
Sonra Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Anar Osmanovun hesabat məruzəsi dinlənilib.
Müzakirələr zamanı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alcanov, Pedaqoji Universitetin Şamaxı filialının direktoru Tünzalə Yusifova, YAP Şamaxı rayon təşkilatı İdarə heyətinin üzvü, Şamaxı Dövlət Regional Kollecinin direktoru İlham Vəliyev, rayon təşkilatının Gənclər Birliyinin sədri Nuranə Məmmədova hesabat dövrü ərzində görülən işlərdən geniş bəhs ediblər.
Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, dövrün, zamanın tələbinə uyğun olaraq yeniləşmə, təkmilləşmə gələcəyə daha böyük inamla addımlamağa əsas verir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın qarşısında daha geniş imkanlar açır. Bütün bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin son 18 ildə cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir və bu uğurların əldə olunmasında Yeni Azərbaycan Partiyasının üzvlərinin də xidmətləri danılmazdır.
Ə.Tağıyev çıxışının sonunda YAP Şamaxı rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.
Xəbər lenti
Hamısına baxDünya
16 Sentyabr 20:25
Dünya
16 Sentyabr 19:52
Dünya
16 Sentyabr 19:17
YAP xəbərləri
16 Sentyabr 18:48
Dünya
16 Sentyabr 18:29
YAP xəbərləri
16 Sentyabr 18:03
YAP xəbərləri
16 Sentyabr 18:01
YAP xəbərləri
16 Sentyabr 17:57
YAP xəbərləri
16 Sentyabr 17:53
Dünya
16 Sentyabr 17:35
Analitik
16 Sentyabr 17:08
Dünya
16 Sentyabr 16:22
Sosial
16 Sentyabr 16:21
Hərbi
16 Sentyabr 16:18
Dünya
16 Sentyabr 15:51
Sosial
16 Sentyabr 15:51
Dünya
16 Sentyabr 15:18
İqtisadiyyat
16 Sentyabr 15:10
YAP xəbərləri
16 Sentyabr 15:08
Sosial
16 Sentyabr 14:51
YAP xəbərləri
16 Sentyabr 14:50
Analitik
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:46
Dünya
16 Sentyabr 14:39
YAP xəbərləri
16 Sentyabr 14:38
Siyasət
16 Sentyabr 14:22
Formula 1
16 Sentyabr 14:06
Gündəm
16 Sentyabr 13:52
İdman
16 Sentyabr 13:50
Gündəm
16 Sentyabr 13:50
Din
16 Sentyabr 13:44
Dünya
16 Sentyabr 13:24
YAP xəbərləri
16 Sentyabr 13:17
Dünya
16 Sentyabr 12:46
Gündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32

