Nizami rayonunda Milli Qəhrəman Yuriy Kovalyovun büstünün açılışı mərasimi olub
04.10.2021 [17:47]
Nizami rayonunda Yuriy Kovalyov adına 229 nömrəli tam orta məktəbdə Milli Qəhrəmanın büstünün açılışı mərasimi olub.
Mərasim iştirakçıları öncə 44 günlük Vətən müharibəsinə və Zəfər tariximizə həsr edilmiş rəsm sərgisi ilə tanış olublar. Sonra məktəbin məzunu olmuş 7 şəhidin əziz xatirəsinə hörmət əlaməti olaraq ağaclar əkiblər.
Azərbaycan bayrağının gətirilməsi, dövlət himninin səsləndirilməsindən sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin, müstəqil Azərbaycanın qurucusu ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Milli Qəhrəman Yuriy Kovalyovun qardaşı Vitaliy Kovalyov onlara göstərilən diqqət və qayğıya görə müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.
Sonra büstün açılışı olub, Milli Qəhrəman Yuriy Kovalyov haqqında videoçarx nümayiş etdirilib.
Məlumat verilib ki, Yuriy Kovalyov 1965-ci il mayın 29-da anadan olub. 1981-ci ildə Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbi bitirib. O, 1990-cı il sentyabr ayının 15-də Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlı Polis Dəstəsinə qəbul edilib, Azərbaycanın bir çox döyüş bölgələrində mərdliklə vuruşub. Kovalyov Goranboy rayonunun kəndlərinin azad edilməsində böyük şücaət göstərib. 1991-ci il oktyabrın 3-də Xocavənddə növbəti hərbi tapşırıqdan qayıdarkən düşmənlə döyüşdə qəhrəmancasına vuruşaraq şəhid olub. 1992-ci ildə Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülən Yuriy Kovalyov Şəhidlər Xiyabanında dəfn edilib.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov deyib ki, Azərbaycan dövləti və cəmiyyəti həm birinci Qarabağ müharibəsinin, həm də Vətən müharibəsi qəhrəmanlarının, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhuna böyük ehtiram, onların ailələrinə və qazilərimizə yüksək diqqət, qayğı göstərir. Tahir Budaqov daha sonra bildirib ki, Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpası müstəsna əhəmiyyətə malik, dövlətçilik tariximizdə bənzəri olmayan Zəfər salnaməsi, Qələbə dastanıdır.
Mərasimdə çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, YAP İdarə Heyətinin üzvü, Azərbaycan Rus İcmasının rəhbəri, MM-in deputatı Mixail Zabelin, Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva, Milli Məclisin deputatları Sədaqət Vəliyeva, Rasim Musabəyov, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev, 229 nömrəli məktəbin direktoru Vüsalə Məmmədova və başqaları Milli Qəhrəman Yuriy Kovalyovun igidliyi, şücaəti, eləcə də 44 günlük Vətən müharibəsindəki zəfər, şəhid ailələrinə, qazilərə olan dövlət qayğısı barədə bəhs ediblər.
Mərasimə Milli Qəhrəmanın qızının və nəvəsinin ifasında bədii hissə ilə yekun vurulub.
Xəbər lenti
Hamısına baxSiyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31

