Xətai rayonunda orta məktəbdə şəhidlərin xatirə lövhəsi açıldı
28.10.2021 [11:33]
Xətai rayonundakı Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə şəhidlərin xatirə lövhəsi açıldı. Bu münasibətlə məktəbin həyətində keçirilən mərasimdə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Müdafiə Nazirliyinin idarə və təşkilatlarının əməkdaşları, şəhidlərin ailə üzvləri, yaxınları, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.
Əvvəlcə mərasim iştirakçıları məktəb binasının qarşısında nümayiş etdirilən Xətai rayonu şəhidlərinin xatirə foto-şəkillərinə baxdılar.
Daha sonra Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin məzunları olan Birinci və İkinci Qarabağ müharibələrinin şəhidləri - Milli Qəhrəman, gizir Tahir Əminağa oğlu Bağırov, polkovnik-leytenant Babək Meyvəddin oğlu Ramaldanov, leytenant Vüqar Rzaxan oğlu Yarəhmədov, Denis Aleksandroviç Əliyev, Toğrul Daşqın oğlu Ağalarlı, Orxan Zöhrab oğlu İsmayılov və Elmir Pərviz oğlu Umudlunun xatirə lövhəsinin açılış mərasimi keçirildi.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək söylədi ki, bu gün müqəddəs bir tədbirə toplaşmışıq: “Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin yetirmələri olan yeddi şəhidimizin xatirəsini ehtiramla yad edirik. Bu qəhrəmanlarımızın ikisi Birinci Qarabağ müharibəsində, beşi isə İkinci Qarabağ müharibəsində mənfur ermənilərə qarşı şücaətlə vuruşaraq şəhid olublar. Bu xatirə lövhələrinin yaradılmasında məqsəd şəhidlərimizin əziz xatirəsinin daim anılması və xüsusən də şagirdlərimizə vətənpərvərlik hisslərinin aşılanmasıdır. Bizim hər birimiz şəhidlərimizin həyat yolunu özümüzə örnək bilməli, onların həyat və döyüş yolunu öyrənməliyik.”
R.Quluyev qeyd etdi ki, Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatı həyata keçirərək Vətən müharibəsinin ilk günündən torpaqlarımızın yağı düşməndən təmizlənməsinə başladı: “Qısa zaman kəsiyində - 44 gün ərzində işğalçı Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusunun peşəkarlığı sayəsində Vətən müharibəsi zamanı hər gün qələbələr qazandıq. Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədə bütün xalqımızın xidməti olub. Hazırda düşmən işğalından azad olunmuş ərazilərimizdə böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Bu ərazilər qısa zamanda ən müasir görkəm alacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”
YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə mərasimdə çıxış edərək bildirdi ki, bu gün bu məktəbin həyatında çox əlamətdar bir hadisəyə toplaşmışıq: “Qəhrəmanlar yetişdirən Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbdə yeddi şəhidimizin xatirəsini ehtiramla anırıq. Bu insanlar qüdrətli Azərbaycan dövlətinin ərazi bütövlüyünün bərqərar olmasında böyük şücaət göstəriblər. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onların valideynlərinin və müəllimlərinin qarşısında baş əyirəm. Düşünürəm ki, bu məktəbdə təhsil alan şagirdlər bundan sonra şəhidlərimizin timsalında əsl vətəndaş kimi formalaşacaqlar, xalqımıza, dövlətimizə və Vətənimizə sədaqətin bir nümunəsini ortaya qoyacaqlar. Şəhidlərimiz Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qəhrəmanlıq tarixini yazıblar. Bu insanlar Azərbaycanın qürurunun mövcudluğunu, varlığını, vətəndaşlarımızın necə böyük qəhrəman olduqlarını, torpağını sevdiklərini təsdiq etdilər. Şəhidlərimiz və qazilərimiz bizim üçün çox dəyərli, əzizdirlər.”
V.Rəhimzadə vurğuladı ki, şəhidlərimiz təkcə valideynlərinin deyil, bütün Azərbaycan xalqının övladlarıdır: “Onlar hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq insanlardırlar. Şəhidlər ölməz, Vətən bölünməz. Həqiqətən də Vətən, xalq və dövlət üçün canını fəda edən hər bir insan müqəddəsdir. Bundan şərəfli və qürurlu heç nə ola bilməz. Şəhidlərimizin valideynləri də qəhrəmandırlar. Çünki onlar igid, Vətənini canından çox sevən övladlar böyüdüblər. Şəhidlərimizin valideynləri qürur hissi keçirə bilərlər ki, belə qəhrəman övladları ərsəyə gətiriblər. Mən bütün şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Onlar bu gün cismən aramızda olmasalar da, hər birimizin qəlbində əbədi yaşayacaqlar. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzu edirəm. Allah dövlətimizi qorusun!”
Mərasimdə Xalq artisti Azad Şükürov, Milli Qəhrəman Tahir Bağırov adına 59 nömrəli tam orta məktəbin direktoru Pikə Əhmədova, şəhid ataları Mürvət Əsgərov, Meyvəddin Ramaldanov, Pərviz Umudlu çıxış edərək Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən, şəhidlərin döyüş yolundan danışdılar, onlarla bağlı xatirələrini bölüşdülər.
Sonra şagirdlər Vətənə, şəhidlərə həsr olunan şeirlər səsləndirdilər. Şəhidlərin ruhuna dualar oxundu, xatirə lövhəsinin qarşısına əklillər, tər gül-çiçək dəstələri düzüldü.
Mərasimin sonunda şəhidlərin xatirə lövhəsinin ətrafına simvolik olaraq yeddi ədəd çinar ağacı əkildi.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17

