/ / Göygöldə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə konfrans keçirilib
Göygöldə Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü münasibətilə konfrans keçirilib
19.11.2021 [14:47]
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı “Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib” mövzusunda videoformatda konfrans keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirələri 1 dəqiqəlik sükutla yad edilib.
Daha sonra YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev konfransı açaraq partiyanın yaradılmasının 29-cu ildönümü və Vətən müharibəsində qazanılmış Qələbənin bir illiyi münasibətilə təbriklərini çatdırıb. Sonra Yeni Azərbaycan Partiyasının keçdiyi inkişaf yolu haqqında iştirakçılara ətraflı məlumat verən T.Əliyev bildirib ki, 21 noyabr 1992-ci il müasir Azərbaycan tarixinə yazılan tarixi bir gündür. Onun sözlərinə görə, həmin gün yenicə dövlət müstəqilliyini qazanmış və böyük faciələrlə üzləşmiş Azərbaycan Respublikasının məhv olmaqdan xilasının əsası qoyulub: “1992-də hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü ölkənin dərin böhrana düşməsi üçün əlindən gələni etmişdi. Azərbaycanın bir sıra dövlətlərlə, o cümlədən qonşu ölkələrlə münasibəti pisləşmiş, respublikamız beynəlxalq aləmdə təklənmişdi. Cəmiyyətdə ümidsizlik əhval-ruhiyyəsi hökm sürürdü. Belə bir faciəli vəziyyətdən xalqı çıxarmağa, onun sabaha inamını qaytarmağa qadir olan mütəşəkkil siyasi qüvvənin – yeni bir partiyanın yaranması zərurəti ortaya çıxmışdı. Xalq birmənalı şəkildə dərk edirdi ki, Azərbaycanı xilas etməyin yeganə yolu Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsidir”.
T.Əliyev daha sonra vurğulayıb ki, Yeni Azərbaycan Partiyası yaranmasaydı və Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, ölkəmiz tamamilə fərqli taleyi yaşayacaqdı: “Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycanın bəlalardan xilas olmasına gətirib çıxardı. Xaos, anarxiya, iqtisadiyyatda tənəzzül aradan qaldırıldı, islahatlar həyata keçirildi, separatizmin qarşısı alındı, Azərbaycanın bugünkü inkişafa gəlib çatması üçün əlverişli mühit yarandı. Beləliklə, YAP əsl ümumxalq partiyasna çevrildi”.
Çıxış edən YAP Göygöl rayon təşkilatının sədr müavini səlahiyyətlərini icra edən Vüqar İsayev çıxışında vurğulayıb ki, Ümumilli Lider Heydər Əliyev, Onun layiqli davamçısı Prezident İlham Əliyevin sayəsində Azərbaycan regionun lider dövlətinə və dünyanın sabit, sürətlə inkişaf edən ölkələrindən birinə çevrilib: “Bu uğurların əsasında xalqa xidmət etmək mədəniyyəti dayanır. Azərbaycan vətəndaşlarının əksər hissəsi də dərindən inanır ki, bundan sonra da uzun illər Azərbaycanın uğurları Yeni Azərbaycan Partiyasının iqtidarı ilə bağlı olacaqdır. Bunu deməyə əsas verən vətəndaşların Prezident İlham Əliyevə dərin inamıdır. Bu inamı Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun əldə etdiyi Böyük Qələbə daha da möhkəmləndirdi və əbədi etdi. Bu Zəfərin önəmi təkcə 30 il sonra torpaqlarımızın işğaldan azad edilməsində deyil, həm də milli qürurumuzun qaytarılmasındadır”.
Daha sonra çıxış edən YAP Göygöl rayon təşkilatının Balçılı kənd xəstəxanası ərazi ilk partiya təşkilatının sədri Gəray Abuzərov qeyd edib ki, ölkəmizdə gedən son proseslər, həyata keçirilən siyasət xalqımızın əsrlərdən bəri tarixi yaddaşındakı arzularını gerçəkləşdirməyə - müstəqilliyini daimi, əbədi, dönməz etməyə imkan verib: “Yeni Azərbaycan Partiyasının tarix və xalq qarşısında ən böyük və ümdə vəzifəsi bu siyasi xəttə sadiq qalmaq, bu yolla inamla irəliləməkdir. Ümummilli lider Heydər Əliyev ideologiyası ilə fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının məfkurəsi xalqımızın zəngin gələcəyinin təmin olunmasına və gerçəkləşməsinə xidmət etməkdir”.
YAP Göygöl rayon təşkilatının Hacıməlik qəsəbə İƏD-i üzrə nümayəndəliyi ərazi partiya təşkilatının sədri Səbuhi Məmmədov çıxışında qeyd edib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş qətiyyətli və uğurlu siyasət Azərbaycanı güclü dövlətə çevirib: “Məhz ölkəmiz öz gücü ilə 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Azərbaycanın əldə etdiyi Zəfər yeni reallıqlar yaratdı. Fəaliyyətini günün tələblərinə uyğun quran partiyanın VII Qurultayı da məhz yaranmış bu yeni reallıqlar fonunda əlamətdar olub. Qurultayda Birinci vitse-prezident Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini seçilməsi daha bir mühüm hadisə olub. Heç şübhəsiz, Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində Mehriban xanım Əliyeva sədrin birinci müavini kimi görüləcək işlərə öz töhfəsini verəcək. Məhz bu səbəbdən biz gələcəyə çox böyük nikbinliklə və inamla baxırıq. İnanırıq ki, Ümummilli Liderimiz, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin qurduğu, yaratdığı müstəqil Azərbaycan bu əsrdə daha yüksək zirvələrə qalxacaq”
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs fəxri fərmanlarla təltif ediliblər.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

