/ / Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi xalqımızın birliyi və həmrəyliyinin növbəti tərənnümüdür
Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi xalqımızın birliyi və həmrəyliyinin növbəti tərənnümüdür
19.04.2022 [14:06]
30 ilə yaxın düşmən əsarətində qalmış torpaqlarımızın azad edilməsindən sonra aparılan yenidənqurma və quruculuq işləri ilə şəhər və kəndlərimizə sivil həyat qaytarılır. Bunlarla paralel olaraq, işğaldan azad olunan şəhərlərimizdə, qəsəbələrimizdə, kəndlərimizdə, xüsusilə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşada mədəni-kütləvi tədbirlərin keçirilməsi, o cümlədən “Xarı bülbül” festivalının ötən il baş tutması mühüm əhəmiyyət kəsb edir. İndi isə növbə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın altı ildən sonra toplaşacaqları möhtəşəm tədbirin – Dünya Azərbaycanlılarının V Qurultayınındır. Soydaşlarımızın Ali Məclisinin məhz Şuşada keçirilməsi təkcə milli-mənəvi deyil, həm də siyasi, iqtisadi, hərbi və diplomatik cəhətdən önəmlidir.
Dünya Azərbaycanlılarının V Qurultayında 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı gözlənilir. Təbii ki, mühüm tədbir baş tutması xaricdə yaşayan soydaşlarımızın Azərbaycanın yaratdığı yeni reallıqlarla daha yaxından tanış olmasına şərait yaradacaq. Eyni zamanda bu tədbir onunla əlamətdardır ki, son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad edilməsindən sonra ilk böyük görüşü olacaq.
Xatırladaq ki, soydaşlarımızın Birinci Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilib. Təbii ki, ötən dövrdə Azərbaycanda böyük işlər görülüb, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev həmişə xaricdə yaşayan azərbaycanlıların həyatı, taleyi, işləri ilə maraqlanıblar. Dövlətimiz daim çalışıb ki, diaspor təşkilatlarımız dəstəksiz qalmasın. Ulu Öndər daim vurğulayırdı ki, bizim xaricdəki soydaşlarımız olduqları ölkələrdə rahat yaşamalı, yaxşı mövqe tutmalı, eyni zamanda öz doğma Vətəninə də xidmət etməlidirlər. Bu çağırışı Prezident İlham Əliyevin dilindən də dəfələrlə eşitmişik. Dövlət başçımız Dünya Azərbaycanlılarının Bakıda – Heydər Əliyev Mərkəzində keçirilən IV Qurultayının açılış mərasimindəki nitqində bildirib ki, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı: “Bu gün biz dünyanın müxtəlif yerlərində istənilən tədbiri keçirə, dünya ictimaiyyətini Azərbaycan reallıqları ilə daha da geniş şəkildə tanış edə bilərik və bunu edirik. Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir. Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək”.
Məlum olduğu kimi, xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür və həmin milyonların hamısı yaşlı nəsilin nümayəndələri deyil. Ona görə də dövlət başçımız tövsiyə edir ki, yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini öyrənməlidirlər. Burada bir faktı da yada salaq ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu Azərbaycan dili məktəbi fəaliyyət göstərir. Onu da əlavə edək ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsüilə xaricdəki azyaşlı soydaşlarımız üçün “Qarabağ” Azərbaycan məktəblərinin təsis olunması diasporla iş istiqamətində atılan ən uğurlu addımlardandır.
Daha bir mühüm fakt ondan ibarətdir ki, bu gün xarici ölkələrdə 470-dən çox diaspor təşkilatımız var. Bu, öz-özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Ona görə də dövlət başçımız tövsiyə edir ki, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Çünki biz vahid amal uğrunda çalışırıq. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.
Bütün bunların fonunda Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsini xalqımızın birliyi və həmrəyliyi baxımından mühüm tarixi hadisə hesab etmək olar. Dünya Azərbaycanlılarının V Qurultayının, üstəlik, soydaşlarımızın Ali Məclisinin Şuşada keçirilməsi hər birimiz üçün nəinki arzuolunan, həm də qürurverici faktdır. Qoy dostlarımız da, düşmənlərimiz də görsünlər ki, Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti, liderliyi, milli maraqlarımızı qətiyyətlə müdafiə etməsi, düşünülmüş və qətiyyətli siyasəti hər bir soydaşımızın istənilən arzusunun reallaşdırılmasını təmin etmək iqtidarındadır.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36

