ABŞ Azərbaycanın Cənubi Qafqaz regionunun inkişafındakı rolunu yüksək dəyərləndirir
24.05.2022 [12:19]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Bu gün Azərbaycan beynəlxalq müstəvidə inkişaf edən güclü dövlət kimi tanınır. 44 günlük Vətən müharibəsində Zəfər qazanan dövlətimiz xarici siyasət kontekstində də nailiyyətlərini ardıcıl olaraq davam etdirir. Azərbaycanın Cənubi Qafqaz regionunda yaratdığı reallıqlar dünya birliyi tərəfindən, o cümlədən, beynəlxalq güclər tərəfindən qəbul edilir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizin bu günü və sabahı, gələcək perspektivləri, həyata keçirilən qlobal enerji və kommunikasiya layihələri, demokratik inkişaf və digər məsələlərlə bağlı fikirləri dünyanın bir çox ictimai-siyasi, dövlət xadimləri tərəfindən rəğbətlə qarşılanır. ABŞ Prezidenti Cozef Baydenin 28 May –Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti cənab İlham Əliyevə göndərdiyi təbrik məktubunda da yer alan fikirlər dövlətimizə verilən önəmin ifadəsidir.
İlk növbədə, cənab Bayden ABŞ-ın Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəklədiyini bəyan edir. Həmçinin, təbrik məktubunda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində əməkdaşlığın tarixin mühüm anında öz bəhrəsini verdiyi, Azərbaycanın Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynadığı vurğulanır. Terrorizmə qarşı mübarizədə Azərbaycanın fəal iştirakı iki ölkə arasında əməkdaşlığı daha da yaxınlaşdırıb. C. Bayden həmçinin Azərbaycanın Ukraynanın suverenliyinə dəstəyi, habelə Ukraynaya göstərdiyi humanitar və enerji sahəsində yardımı yüksək qiymətləndirir.
Eləcə də, Amerika Birləşmiş Ştatları bütün Qafqaz və Trans-Xəzər regionunun çiçəklənməsinə imkan verəcək Azərbaycan ilə Ermənistan arasında diplomatik təmasların intensivləşdirilməsinə və Azərbaycanın iqtisadi, nəqliyyat və insanlararası əlaqələrinin qurulmasına kömək etməyə hazır olduğunu bəyan edir.
Birmənalı şəkildə ifadə olunur ki, rəsmi Vaşinqton Bakı ilə əməkdaşlığa böyük önəm verir, tərəfdaşlığı yüksək qiymətləndirir. Bu, təsadüfi deyil və bir sıra amillərlə şərtlənir. İlk növbədə, regionda yeni reallıqlar yaradan Azərbaycan həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinə malikdir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Digər tərəfdən, Azərbaycan hazırda regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və prinsipial siyasi kursun təkcə Azərbaycanın milli maraqlarının təmin olunmasına yönəlmədiyini, həm də regionda və daha geniş coğrafiyada səmərəli əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı etimadın yüksəlməsinə xidmət etdiyini göstərir. Beləliklə, bu nailiyyətlərin əldə olunması, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin təntənəsidir!
Xəbər lenti
Hamısına baxDünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37

