Azərbaycanın Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü Türkiyə fəal şəkildə dəstəkləyir
01.06.2022 [13:03]
Ramiz Hüseynov
YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri
2022-ci ilin may ayı Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilatçılığı və dəstəyi ilə keçirilən “TEKNOFEST” festivalına ilk dəfə olaraq Azərbaycanın ev sahibliyi etməsi ilə yaddaşlara hopdu. Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilən “TEKNOFEST” festivalının ilk dəfə “Teknofest Azərbaycan” formatında keçirilməsi Türkiyə və Azərbaycan qardaşlığının dünyaya bir daha elan olunması, dünyaya türkün gücünün nümayişi idi.
Mayın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən “Teknofest Azərbaycan” Aerokosmik və texnologiya festivalında iştirakları Azərbaycanın ən əziz bayramı olan Müstəqillik Gününü ikiqat bayrama çevirdi. Yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında olan prezidentlər iki həftə əvvəl Türkiyənin Rize şəhərində olduğu kimi, yenə də birlikdə idilər. Bu Türkiyə-Azərbaycan qardaşlığının, birliyinin xalqlarımız üçün əsas yol istiqaməti, bölgə üçün, dünya üçün də çox önəmli təhlükəsizlik, sabitlik amili olduğunu bütün dünyaya bəyan etdi.
Türkiyə və Azərbaycan parlamentlərində təsdiqlənmış Şuşa Bəyannaməsində bildirildiyi kimi, müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması istiqamətində səylər prioritet təşkil edir. Hər sahədə olduğu kimi, kosmos və aviasiya sahələrində də Azərbaycan ilə Türkiyənin sıx əməkdaşlıq etməsinin, Türk Dövlətləri Təşkilatı çərçivəsində qardaş ölkələrdəki kosmos agentlikləri və müvafiq nazirliklərin bir araya gələrək bu torpaqlarda uğur, sülh və inkişaf hekayəsi yazmasının, keçmişimizdən və əvvəlki illərdə yaşadığımız acılardan dərs çıxaran bölgə xalqları olaraq gələcəyi birlikdə inşa etməyin vaxtıdır.
Torpaqlarımızın otuz illik düşmən işğalından azad olunması üçün apardığımız haqq savaşında olduğu kimi, Türkiyə bu gün sülh dönəmində də Azərbaycanın yanındadır. Regionda sülh və sabitlik üçün möhtərəm Prezidentimiz İlham Əliyevin Ermənistanla qurmaq istədiyi dayanıqlı sülhü, Azərbaycanın bütün sahələrdəki inkişaf yolunda nümayiş etdirdiyi uğurları, Qarabağda və Şərqi Zəngəzurda Türkiyənin də rol aldığı bərpa-quruculuq işləri ilə “Böyük Qayıdış” üçün daimi şərait yaradılmasını Türkiyə Cumhuriyyəti fəal şəkildə dəstəkləyir.
İllərdir minalanmış bu torpaqlara artıq inkişafın, tərəqqinin, rifahın, sülhün toxumlarını əkən Azərbaycan Qarabağın dünyaya açılan qapısı Füzuli Beynəlxalq Hava Limanını keçən il Türkiyə və Azərbaycan prezidentlərinin birgə iştirakı ilə açdığı kimi, indi də Zəngilan və Laçındakı hava limanı layihələrinin, Ağdam Sənaye Parkı, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının da işğaldan azad olunan torpaqlardakı potensialdan istifadə edilməsinə imkan verəcəyinə, bu bölgələrdə “ağıllı kənd”lərin qurulması ilə bağlı layihələrdə birlikdə çalışaraq, qarşıdakı dövrdə iki dövlətin birgə bütün çətinliklərin öhdəsindən gələcəyinə inanırıq.
Möhtərəm prezidentlərin festivalda qeyd etdikləri kimi, bölgəmizdə yeni bir səhifə açmağın vaxtı çatıb. Hədəf regionda dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi ilə bölgədə sabitliyin möhkəmləndirilməsidir. Bu hədəflərin həyata keçirilməsi üçün Azərbaycan ilə Türkiyə arasında sıx həmrəylik, təmas və koordinasiya davam etdirilməlidir.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

