Dövlətçilik tariximizin şanlı qürur səhifəsi
14.06.2022 [15:05]
14 iyun 2022-ci il tarixdə YAP Gədəbəy rayon təşkilatında ƏPT sədrləri ilə "15 iyun -Milli Qurtuluş Günü-Dövlətçilik tariximizin şanlı qürur səhifəsi " mövzusunda dəyirmi masa keçirilmişdi.YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev əlamətdar gün haqqında ƏPT sədrlərinə geniş məruzə ilə məlumat verdi.
Ümummili lider Heydər Əliyev 1993-cü il iyunun 15-də yenidən siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan xalqını çox ağır bəlalardan hifz etdi, ölkənin müstəqilliyinin əldən getməsinin qarşısını aldı. Torpaqlarımızın daha geniş şəkildə zəbt olunmasına imkan vermədi, ölkəmizi dəhşətli vətəndaş müharibəsindən xilas etdi.
1993-cü il 15 İyun – Qurtuluş Günü olmasaydı, biz sonrakı qələbələrdən, nailiyyətlərdən, yüksək göstəricilərdən, beynəlxalq aləmdə qazandığımız uğurlardan danışa bilməzdik. Məhz həmin günün təntənəsi bu qələbələr üçün zəmin hazırlayıb, bu zəfərlər üçün bünövrə olmuşdur. 15 İyundan başlanan uğurlar, ulu öndər Heydər Əliyevin qəbul etdiyi qərarlar, sərəncamlar, fərmanlar, bağlanılan müqavilələr, həyata keçirilən layihə və proqramlar bugünkü inkişafımıza yol açıb, iqtisadiyyatın yüksəlişi üçün bir əsas olub.
Azərbaycan xalqı 1993-cü ilin çətin, dəhşətli iyun günlərində özünün xilaskarı hesab etdiyi Heydər Əliyevə üz tutdu, imidini, inamını, ölkənin nicatını, gələcəyini onun simasında, qətiyyətində, sədaqətində, uzaqgörənliyində, vətənpərvərliyində gördü. Çünki xalq öz oğluna – onun qeyri-adi rəhbərlik metoduna, təşkilatçılığına, prinsipiallığına, zəkasına, fenomen yaddaşına, geniş dünyagörüşünə, Vətənə, xalqa məhəbbətinə inanırdı.
Belə bir ağır vəziyyətdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev Azərbaycanı məhv olmaq təhlükəsindən qurtardı, ölkədə ictimai-siyasi sabitlik yaradıldı, silahlı birləşmələr ləğv edildi, beynəlxalq əlaqələr möhkəmləndi, dövlət quruculuğu qaydaya salındı, həyat nizama düşdü.
1994-cü ilin sentyabrında imzalanan “Əsrin müqaviləsi” Heydər Əliyev uzaqgörənliyinin dünya əhəmiyyətli uğuru hesab olunmaqla, Azərbaycanın iqtisadi inkişaf konsepsiyasının tərkib hissəsi və gələcək mühüm neft-qaz layihələrinin həyata keçirilməsi, beynəlxalq əhəmiyyətli müqavilələrin bağlanması üçün bir təməldir, istiqamətdir.
Heydər Əliyevin müdrüklüyü nəticəsində xalq-hakimiyyət münasibətləri, vətəndaş-dövlət əlaqələri təkmiləşdirildi, qarşılıqlı etimad səyləri yaradıldı. Nizamsız silahlı dəstələrdən olan Azərbaycan Ordusu az bir zamanda yenidən təşkil edildi, hərbi-hazırlıq səviyyəsi yüksəldildi, orduda möhkəm nizam-intizam yaradıldı. Bu, keçmiş Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin gedişatında, atəşkəsin təmin edilməsində və bugünkü uğurlarımızda böyük əhəmiyyətə malikdir.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” amalı ilə yaşayan Heydər Əliyev sözünü əmələ çevirməklə dünyanın ən böyük azərbaycanlısı adını daşımağa layiq olduğunu sübut etdi. Ulu öndər müəllifi olduğu milli inkişaf strategiyasını yaratmaqla gələcəyimiz üçün yollar açdı, hərtərəfli inkişafımızın uzunömürlülüyünü təmin edən təkmil irs, dövlətçilik xətti, siyasi məktəb yaratdı, azərbaycançılıq ideologiyasını bütün dünyaya yaydı və yaşatdı.
Azərbaycanlı olması ilə daim fəxr edən, qürur duyan bu dahi insan həyatını xalqına, Vətəninə bəxş etdiyi, xalqdan dəstək aldığı üçün özünü xoşbəxt sayır, yenilməz hesab edir və deyirdi: “İnanıram ki, müstəqil Azərbaycan Respublikası XXI əsrdə həyatın bütün sahələrində geniş inkişaf edən, çiçəklənən bir ölkə kimi böyük uğurlar qazanacaqdır”.
Uzaqgörənliklə deyilmiş bu sözlər bu gün həqiqətə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ümummilli liderimizin siyasi kursunu uğurla davam və inkişaf etdirir, azrularını yaşadır, amallarını əməli işə çevirir, yeni, böyük hədəflərə yol açır, mühüm islahatlar, dövlət proqramları, əhəmiyyətli layihələr həyata keçirir.
Bu gün Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrinin sırasındadır, beynəlxalq aləmdə tanınan bir ölkədir. Bu gün Azərbaycan düşmən üzərində tarixi qələbə qazanan, zəfər əldə edən, qalib bir ölkədir. Əlbəttə ki, bu qalibiyyət, bu zəfər, bu nailiyyətlər ulu öndərin adı ilə bağlıdır, onun təməlini qoyduğu, həyata keçirdiyi proqramların, o möhtəşəm layihələrin nəticəsidir.
Cənab Prezident atasının, ümummilli liderimizin ən müqəddəs arzusunu, onun ən ağrılı yeri olan bir vəzifəni həyata keçirdi və düşmən üzərində tarixi qələbə qazandı. Ulu öndərin ən böyük arzusu Qarabağımızı azad etmək, Şuşamıza getmək, işğal altında olan torpaqlarımızı düşməndən qurtarmaq idi. Cənab Prezident bu çətin vəzifəni böyük uğurla və şərəflə yerinə yetirdi. Otuz illik mübarizədən sonra biz ərazilərimizi bütöv görürük və Qurtuluş Gününü zəfər qazanan bir ölkənin, qalib dövlətin vətəndaşları kimi qeyd edirik.
Ulu Öndərimiz Azərbaycanı daim müstəqil, azad, inkişaf edən, tanınan ölkə kimi görmək istəyirdi və mənalı ömrünü də bu müqəddəs amala sərf etmişdi. O ömrü ki, hər gün milyonlarla insanın qəlbində ideya, məslək, arzu, istək kimi yaşayır, yaradır və vətəndaşları gələcəyə ruhlandırır.
Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Azərbaycan xalqı var, ümummilli lider Heydər Əliyev də bizimlə yaşayır, onun ideyaları qalib gəlir və Qurtuluş Günü özünün müqəddəsliyini, möhtəşəmliyini, əbədiliyini yaşadır.
Xəbər lenti
Hamısına baxGündəm
16 Sentyabr 12:31
YAP xəbərləri
16 Sentyabr 12:24
Gündəm
16 Sentyabr 12:12
Siyasət
16 Sentyabr 12:05
Sosial
16 Sentyabr 11:55
Gündəm
16 Sentyabr 11:53
Siyasət
16 Sentyabr 11:39
Gündəm
16 Sentyabr 11:33
Sosial
16 Sentyabr 11:28
Hadisə
16 Sentyabr 11:25
İdman
16 Sentyabr 11:24
İqtisadiyyat
16 Sentyabr 11:22
YAP xəbərləri
16 Sentyabr 11:19
Siyasət
16 Sentyabr 11:17
YAP xəbərləri
16 Sentyabr 11:14
Analitik
16 Sentyabr 10:54
İqtisadiyyat
16 Sentyabr 10:30
Sosial
16 Sentyabr 10:11
Analitik
16 Sentyabr 09:45
Analitik
16 Sentyabr 09:17
Sosial
16 Sentyabr 08:59
Sosial
16 Sentyabr 08:31
Gündəm
16 Sentyabr 08:14
Hadisə
15 Sentyabr 23:20
İdman
15 Sentyabr 22:41
Dünya
15 Sentyabr 22:16
Dünya
15 Sentyabr 21:59
Dünya
15 Sentyabr 21:25
Dünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Gündəm
15 Sentyabr 18:37
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46

