/ / YAP Binəqədi rayon təşkilatında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə görüş keçirildi
YAP Binəqədi rayon təşkilatında Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə görüş keçirildi
24.06.2022 [11:17]
23 iyun 2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiya üzvü olan bir qrup dövlət qulluqçusu ilə görüş keçirildi. Görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova, partiyanın rayon təşkilatının və rayon icra hakimiyyətinin kollektivinin nümayəndələri iştirak etdilər.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov bütün qonaqları salamladı. Rayon təşkilatının sədri bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun tarixi Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü elan edilib. Ölkəmizdə bütün peşə sahiblərinə olduğu kimi, dövlət qulluqçularına da yüksək etimad mühiti formalaşıb və onlar daim dövlətimizin qayğısı ilə əhatələnib. Dövlət qulluqçuları da dövlətimiz tərəfindən onlar üçün yaradılan şəraitdən yararlanaraq dövlətimizə və xalqımıza ləyaqətlə və vicdanla xidmət edirlər. Vüsar İsmayılov partiyanın Binəqədi rayon təşkilatının sıralarında təmsil olunan dövlət qulluqçularının fəallıqları ilə seçildiklərini diqqətə çatdıraraq, bütün dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara uğurlar arzuladı.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Leysan Məmmədov, Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova göstərilən diqqətə görə rayon təşkilatının rəhbərliyinə təşəkkür etdilər. Dövlət qulluğu peşəsinin şərəfli və məsuliyyətli olduğunu, bu vəzifənin öhdəsindən layiqincə gəlmək, dövlətimizə və xalqımıza xidmət naminə səylə çalışdıqlarını bildirdilər. Dövlət qulluqçusu peşəsinin onlar üçün imtiyaz deyil, xalq xidmət imkanı olduğunu qeyd etdilər.
Çay süfrəsi ətrafında keçirilən görüşdə, həmçinin rayon icra hakimiyyətinin şöbə müdirləri və YAP Binəqədi rayon təşkilatının əməkdaşları çıxış edərək fikirlərini bölüşdülər, fikir mübadiləsi aparıldı.
Görüşün sonunda YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tərəfindən Binəqədi RİH kollektivinə ünvanlanan təbrik məktubu, eləcə də bir qrup dövlət qulluqçusuna fəxri fərmanlar təqdim edildi.
Xəbər lenti
Hamısına baxDünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45

