/ / Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir
Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir
28.06.2022 [10:31]
Müzəffər Ali Baş Komandan İlham Əliyevin tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla Ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir. Silah və hərbi texnikaların satın alınması və hərbi məhsulların istehsalına dair bir sıra ölkələrlə müqavilələr imzalanaraq hərbi əməkdaşlıq əlaqələri genişləndirilib. Silahlı qüvvələrin modernləşdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətinin strateji isiqamətlərindəndir. Ölkəmizin son illərdə dinamik inkişafı silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır
İlk öncə orduda Azərbaycan dilinin tətbiq olunması prosesi həyata keçirildi. Belə ki, digər sahələrdə olduğu kimi, orduda da Azərbaycan dilinin bərqərar olunması vacib idi. Ordu nizamnamələri yenidən Azərbaycan dilində yazıldı və tətbiq olunmağa başladı. Milli hərbi geyim və hərbi rəmzlər yarandı. Azərbaycan ordusunun sovet hərbi sistemini dəyişib müasir NATO standartlarına uyğunlaşdırmaq lazım idi. Lakin bu prosesin həyata keçirilməsi olduqca böyük vəsait və uzun müddət tələb edirdi. Digər tərəfdən, Azərbaycanın müharibə şəraitində olması bu sistemin birdəfəlik dəyişikliyinin çox böyük bir risk olduğunu göz önünə çıxarırdı. Ümummilli lider Heydər Əliyev öz böyük sərkərdəlik qabiliyyətini nümayiş etdirərək, bu prosesin tədricən həyata keçirilməsini qərara aldı. Öz ordusunun hazırlıq səviyyəsinə görə, dünyada qabaqcıl dövlətlərdən hesab olunan, NATO-nun tam üzvü olan Türkiyə ilə geniş hərbi əməkdaşlığa başlandı. Bu hərbi əməkdaşlıq özünü hərbi təhsil sahəsində daha qabarıq göstərir. Belə ki, Azərbaycan Ali Hərbi Məktəbinin 1997-ci ildən NATO hərbi sisteminə keçidi bunun çox bariz nümunəsidir. Artıq yeni sistemlə fəaliyyət göstərən bu məktəbin yüksək döyüş hazırlıqlı ali təhsilli məzunları Azərbaycan ordusunun sıralarında zabit heyətinin müəyyən bir qismini təşkil edir. Bundan əlavə bir çox gənc, Türkiyədə və Azərbaycanın hərbi əməkdaşlıq etdiyi dövlətlərdə təhsil alır və təcrübə toplayır. Eyni zamanda, xarici dövlətlərlə aparılan hərbi əməkdaşlığın nəticəsində ordumuzun silah ehtiyatı daimi müasirləşdirilir və gücləndirilir.
Beləliklə buna əyani sübut olaraq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, yenilməzliyi nəticəsində ordumuz 27 sentyabr 2020- ci ildə başlayan II Qarabağ – Vətən Müharibəsini 44 gün ərzində möhtəşəm qələbə ilə başa vuraraq 30 illik torpaq həsrətinə son qoydu.
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49

