Xalqımızın gücünü ifadə edən Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi
04.07.2022 [10:02]
Varis Rüstəmov
YAP Sabirabad rayon təşkilatının sədri
Tariximizin önəmli və parlaq dövrünü yaşayırıq. Uzun illərdir erməni işğalı altında qalan qədim torpaqlarımız 44 gün davam edən müharibə nəticəsində azad olundu. Düşmən üzərində böyük qələbə qazandıq.
Prezident İlham Əliyevin Ali Baş Komandan olduğu Azərbaycan Silahlı Qüvvələri 44 günlük Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistan baş nazirinin imzaladığı birgə bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi. Prezidentimizin Ali Baş Komandanlığı altında ordumuz BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsini təkbaşına icra edərək, Qarabağımızı qısa zamanda azad etdi! Beləliklə, Vətən müharibəsi noyabrın 10-da tarixi qələbə ilə başa çatdı. Bu qələbə ilə Azərbaycanın ərazi bütövlüyü bərpa edildi! Qərbi Zəngəzurun Azərbaycandan alınıb Ermənistana birləşdirilməsinin türk dünyasını coğrafi baxımdan parçaladığını dərindən bilən Prezidentimiz Naxçıvanla ölkənin əsas hissəsini birləşdirən yolun tikintisinə dair razılaşmaya da nail oldu.
Erməni təcavüzkarlarının Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması və 1 milyondan çox qaçqınımızın doğma torpaqlarına qaytarılması Prezident İlham Əliyevin xarici siyasətində başlıca vəzifə idi. Ölkə başçısı öz müdrik, qətiyyətli və cəsarətli siyasəti ilə doğma xalqını bu sahədə də tarixi qələbəyə qovuşdurdu! Prezidentimiz “Dağlıq Qarabağ problemi”ni çözdü! O, ermənilərin Dağlıq Qarabağın statusu ilə bağlı iddialarını gündəlikdən çıxararaq, onların “Artsax” layihəsini darmadağın etdi!
Cəmi 44 gün ərzində Ermənistan ordusunu demək olar ki, məhv edən müzəffər ordumuz bütün dünyaya öz gücünü nümayiş etdirdi. Müxtəlif ölkələrdə ali hərbi dərsliklərdə çox çətin relyefi olan Şuşanın azad olunması taktikası öz əksini tapır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunda komando hərbi hissəsində döyüş bayrağının verilməsinə həsr edilmiş təntənəli mərasimdə möhtəşəm çıxışı hər bir Azərbayan vətəndaşı üçün qürurvericidir.
Çıxışında ilk olaraq Silahlı Qüvvələrimizin qüdrətindən söz açan Ali Baş Komandan İkinci Qarabağ müharibəsində ordumuzun öz qüdrətini nəinki mənfur düşmənə, bütün dünyaya nümayiş etdirdiyindən qürurla, fəxrlə danışdı. Bu şanlı qələbəni bizə yaşadan ordumuzun gücü ilə bərabər xalqın birliyi, gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması, ən əsas da ölkəmizin iqtisadi gücü müharibəni aparmaq üçün böyük imkanlar yaratdı. Fəxrlə Azərbaycan ordusunun gücündən danışan ölkə Prezidenti Azərbaycanı qalib ölkə, xalqımızı müzəffər xalq adlandırdı.
Müharibədən sonra sərhədlərin müəyyənləşməsindən bəhs edən Ali Baş Komandan bütün azad olunmş ərazilərdə sərhəd boyu hərbi hissələrin yaradıldığını qeyd etdi.
1993-cü il aprel ayında işğal olunan Kəlbəcər rayonu o dövrdə hakimiyyətdə olan AXC-Müsavat xəyanətkar cütlüyünün Kəlbəcəri müdafiə etməyib qurban verməyi bu birləşmənin talançılıq siyasətinin bariz nümünəsi olduğunu gördük və mənfur düşmənin iyrənc planlarının həyata keçməsinin şahidi olduq. Buna baxmayaraq xalqımızın birliyi, ordumuzun qüdrəti və Ali Baş Komandanın uğurlu daxili və xarici siyasəti nəticəsində qalib ölkə olaraq Azərbaycanımız müstəqil, iqtisadi cəhəddən azad olmasının sayəsində işğaldan azad olunan torpaqlarımız bərpa olunacaq.
Ordular müdrik, qətiyyətli və qorxmaz sərkərdələri olduqda qalib gəlir. 44 günlük müharibədə doğma Vətən naminə çarpışan Azərbaycan igidlərinə müdrik, qətiyyətli və rəşadətli sərkərdə İlham Əliyev bilavasitə özü başçılıq edirdi. Ali Baş Komandanın erməni faşistlərinə qarşı dərin nifrətlə dolu qorxmaz çağırışları, dönməz qətiyyəti, qələbəyə böyük inamı igidlərimizi qələbədən-qələbəyə qovuşdururdu. Bu, inkarolunmaz həqiqətdir!
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

