Biz bütün gələcək hədəflərimizə nail olacağıq
20.07.2022 [13:59]
İyulun 15-də ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə müzakirə edilən məsələlər bir daha göstərdi ki, ölkəmiz sürətlə inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr uğurla icra edilir. 2022-ci ilin birinci yarımilinə olan nəticələrə əsasən deyə bilərik ki, bu il ölkəmizin beynəlxalq nüfuzu daha da artıb, bütövlükdə, xarici siyasətimiz çox fəal olub. Bu mənada Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimizi xüsusilə qeyd etmək lazımdır. Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi 2023-cü ilə qədər yekdil qərarla bir il də uzadıldı. Bu, onu göstərir ki, ölkəmiz Qoşulmama Hərəkatının fəal sədri olaraq 120 ölkə arasında çox böyük nüfuz qazanmış və bizə olan inam beynəlxalq müstəvidə bu illər ərzində daha da artmışdır. Eyni zamanda bir çox beynəlxalq təşkilatlarla İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı ilə də çox fəal əməkdaşlıq əlaqələri yaradılmışdır. Hesab edirəm ki, iyulun 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayen arasında enerji təhlükəsizliyi ilə bağlı imzalanan sənəd Avropa İttifaqı ilə bizim əməkdaşlığımızı daha yüksək səviyyəyə qaldıracaqdır.
2022-ci ilin birinci yarımilində Azərbaycan-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətində müəyyən addımlar atılsa da, əfsuslar olsun ki, real nəticələr əldə edilməsi mümkün olmamışdır. Ermənistan Vətən müharibəsindən 1 il 8 ay ötməsinə baxmayaraq, hələ də üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Azərbaycanın təşəbbüsü ilə sülh müqaviləsinin əsasını təşkil edəcək beş əsas baza prinsipinin Ermənistan tərəfindən qəbul edilməsi müsbət qiymətləndirilsə də, hələ ki, real addımlar yoxdur. 10 noyabr 2020-ci ildə imzalanmış Bəyannamə faktiki olaraq Ermənistanın kapitulyasiya aktıdır. Lakin Ermənistan burada təsbit edilən məsələlərdən boyun qaçırmağa çalışır. Ən vacib məsələ isə erməni silahlı qüvvələrinin Qarabağdan çıxarılmasıdır ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb. Biz qalib ölkəyik və öz ərazi bütövlüyümüzü bərpa etmişik. Erməni silahlı birləşmələrinin Azərbaycan ərazisində qalması tamamilə qəbuledilməzdir və 10 noyabr Bəyannaməsinin kobudcasına pozulması deməkdir. Hazırda biz Qarabağı, Zəngəzuru öz hesabımıza, heç kimdən kömək istəmədən yenidən qururuq. Şübhəsiz ki, bütün bu işlərin görülməsi üçün iqtisadiyyat əsasdır. Biz heç kimdən asılı deyilik və əminəm ki, bundan sonra da heç vaxt asılı olmayacağıq. Ona görə iqtisadi müstəqillik əsas amillərdən biridir və burada da böyük nailiyyətlər əldə etmişik. İqtisadi sahə üzrə 2022-ci ilin altı ayında görülmüş işlər, şübhəsiz ki, aparılan islahatların nəticəsidir və bu onu deməyə əsas verir ki, ilin sonuna qədər nəzərdə tutulmuş bütün planlarımız reallaşacaqdır.
Eyni zamanda, ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, rifah halının yüksəldilməsi və problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir və bu kateqoriyadan olan şəxslərə maliyyə dəstəyinin göstərilməsi, mənzillərlə, minik avtomobilləri ilə təminatı, müalicəsi, sosial durumunun yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi. Təkcə keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir. Ümumilikdə isə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Heç kəsin şübhəsi yoxdur ki, bütün şəhid ailələri və müharibə əlilləri yaxın gələcəkdə mənzillərlə tam təmin ediləcək. Müharibədə qəhrəmanlıq göstərmiş hərbçilərin sosial problemləri də daim diqqət mərkəzindədir. Müharibədə əlil olmuş demək olar ki, bütün hərbçilər ən müasir dördüncü nəsil protezlərlə təmin olunublar. Öz sağlamlığını itirmiş hərbçilər dövlət tərəfindən daim qayğı ilə əhatə olunur və olunacaqlar da. Sonda qeyd etmək istərdim ki, 2022-ci ilin birinci yarımilinə olan nəticələrə diqqət yetirdiyimizdə görürük ki, ölkəmiz sürətlə inkişaf edir və biz gələcək hədəflərimizə nail olacağıq.
YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59

