Regionun lideri, dünyada söz sahibi…
07.09.2022 [12:45]
Rövlan Heydərov
YAP Naftalan şəhər təşkilatının sədri
Azərbaycanla İtaliya arasında əlaqələrin inkişafına təkan verən bir çox mühüm məqam var. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər Azərbaycanla İtaliya arasında çox sayda sənəd imzalanıb. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir. Siyasi münasibətlər hələ ümummilli lider Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı əsasını qoyduğu möhkəm təməl üzərində qurulub.
Azərbaycanla İtaliya arasında çox güclü siyasi əlaqələrin olması tərəfdaşlığımızın güclü təməlini təşkil edir. 2014-cü və 2020-ci illərdə iki ölkə arasında imzalanan strateji tərəfdaşlıq üzrə iki mühüm bəyannamə əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini sübut edir.
Azərbaycan Cənubi Qafqazda İtaliyanın əsas ticarət tərəfdaşı olması çox mühüm amildir. Uzun illər ərzində Azərbaycan neft təchiz edən etibarlı mənbə olmuşdur və İtaliyaya neft təchizatının bir nömrəli mənbəyidir. Eyni zamanda, İtaliya ilə humanitar, həmçinin mədəniyyət, təhsil və elm sahələrində möhkəm münasibətlərimiz var.
Prezident İlham Əliyev cari ilin 2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirak etdi. Prezidentin bu forumda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı bir sıra mühüm məqamlarla yadda qaldı.
Prezident İlham Əliyev çıxışında İtaliya və Azərbaycan arasında strateji tərəfdaşlıq, fəal siyasi dialoq, ikitərəfli gündəliyimizə daxil olan yeni, vacib mövzular barədə geniş danışdı. Ölkə başçısı Azərbaycanın enerji strategiyasını mərhələlərə bölərək, 1994-cü ildə müstəqilliyimizin bərpasından, sadəcə, üç il keçmişkən ilkin mərhələdə dünyanın aparıcı enerji şirkətlərini Xəzər dənizində çalışmağa dəvət edən ilk ölkə oluğumuzu diqqətə çatdırıb.
Eyni zamanda, artan təbii qaz, həmçinin enerji bazarının digər seqmentləri olan elektrik enerjisi, hidrogen və yaşıl hidrogen ehtiyacını təmin etmək üçün artıq rəsmi olaraq Avropa İttifaqı ilə bağlı dialoqa başlanıldığı xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq, Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpaolunan enerji mənbələrindən istifadənin gücləndirilməsidir.
Xəzərin təkcə Azərbaycan sektorunda təsdiq olunmuş potensialı 157 qiqavatdır. 2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu mühüm potensialın inkişaf etdirilməsi istiqamətində çox ciddi işlər görür.
Prezident İlham Əliyevin uğurlu, müstəqil və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan regionun lideri olmaqla bərabər, eyni zamanda, artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Müstəqil siyasət beynəlxalq aləmdə ölkəmizin nüfuzunu daha da yüksəldir. Qarşıya qoyduğu bütün hədəflərə uğurla yetişən Azərbaycan müstəqil siyasət aparmaqla müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilməkdədir. Bir çox dövlətlərin onilliklərlə keçdiyi yolu qısa müddətdə adlayan Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə daha böyük nailiyyətlər əldə etməkdə davam edir.
Xəbər lenti
Hamısına baxDaxili siyasət
10 İyun 23:31
Dünya
10 İyun 22:46
İqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51

