Azərbaycan sülhün, təhlükəsizliyin tərəfdarıdır
14.10.2022 [11:28]
Ramil Orucov
YAP Gəncə şəhər təşkilatının sədri
Oktyabrın 6-da Praqada Avropa Siyasi Birliyinin Zirvə Toplantısı çərçivəsində keçirilən dördtərəfli görüş tarixi əhəmiyyət kəsb edib. Azərbaycanın haqlı mövqeyi əsas müzakirə mövzusu olan bu görüş, Ermənistanın növbəti dəfə İlham Əliyevin irəli sürdüyü təkliflər əsasında sülh müqaviləsi imzalamağa hazır olduğunu bəyan etməsi ölkəmizin daha bir diplomatik uğurunun təcəssümü oldu.
Dördtərəfli toplantıdan sonra ölkə başçımız İlham Əliyev Azərbaycanın televiziya kanallarına verdiyi müsahibə zamanı ümid etdiyini bildirib ki, tərəflər sülhə yavaş-yavaş yaxınlaşırlar. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirən dövlət başçımız onu da qeyd edib ki, dördtərəfli görüş Şarl Mişel və Emmanuel Makron tərəfindən təşkil edilmişdir və bu görüş zamanı da önəmli məsələlər müzakirə olunub. Hesab edirəm ki, bu görüşün də sülh müqaviləsinə çatmaq üçün önəmi olacaq.
Tarixi görüşünün nəticəsi onu bir daha bəyan etdi ki, Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul edir. Praqa görüşündə qəbul olunan bəyanata əsasən, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata Bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdı.
Eyni zamanda Azərbaycanın sülh prosesi istiqamətində əldə etdiyi razılaşma ilə yanaşı, Prezident İlham Əliyevin Çex Respublikasının Baş naziri Petr Fialanın və Avopa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Praqaya səfəri və Avropa Siyasi Birliyinin Zirvə toplantısında iştirakı dövlət başçımızın yürütdüyü tam müstqil siyasətə olan inamın, hörmətin bariz gösəricisi idi. Bir daha təsdiq edildi ki, artıq milli maraqlarımızı qətiyyətlə müdafiə edən Azərbaycan Prezidenti İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri dəyərləndirilir, dövlət başçımızın mövqeyi, rəyi nəzərə alınır.
Avropa İttifaqının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanması prosesində tərəf tutmadan, ədalətli yanaşması da təqdirəlayiq addımlardandır. İrəli sürdüyü 5 prinsiplə Ermənistanı sülhə çağıran Azərbaycan dünyaya bir daha nümayiş etdirdi ki, tarixən sülhün, təhlükəsizliyin tərəfdarıdır.
Avropa İttifaqının Avropa Siyasi Birliyinin Zirvə Toplantısında, mühüm mesajların verildiyi 44 ölkə liderinin iştirak etdiyi mühüm tədbirdə Azərbaycan-Türkiyə qardaşlığının zəfər təntənəsi də diqqət mərkəzində oldu. Ümumiyyətlə, Praqa görüşü Azərbaycan diplomatiyasının siyasi arenadakı növbəti uğuru kimi tarixə yazıldı.
Xəbər lenti
Hamısına baxGündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42

