/ / Ağcabədidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
Ağcabədidə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr olunmuş tədbir keçirilib
26.10.2022 [17:11]
Oktyabrın 26-da Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə partiyanın Ağcabədi rayon təşkilatı tərəfindən tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Qəhrəmanlar parkında şəhidlərin məzarlarını ziyarət ediblər.
Tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov “Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır” mövzusunda məruzə edib. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyası hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğurlar qazanır.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı Rafil Hüseynov vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası böyük inkişaf yolu keçib: “YAP dünənin, bu günün, sabahın partiyası kimi davamlı nailiyyətlərə imza atmaqdadır.”
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Cavid Osmanov çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən siyasi səhnədə dövlətçilik mövqeyindən çıxış edərək xalqın mənafeyini uca tutmuş, buna görə də xalqın rəğbətini qazanaraq ümumxalq partiyasına çevrilmişdir: “Azərbaycan xalqı bu gün ulu öndər Heydər Əliyevin qurucusu olduğu müstəqil Azərbaycan Respublikasını inkişaf etdirmək, yeni-yeni uğurlar qazanmaq istiqamətində partiyamızın Sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir”.
YAP Veteranlar Şurasının üzvü, Milli Məclisin komitə sədri Tahir Rzayev çıxış edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün onun ideyaları əsasında fəaliyyət göstərən Yeni Azərbaycan Partiyası 30 il ərzində siyasi mübarizələrdə mətinləşmiş, aparıcı siyasi qüvvə kimi ölkəmizin ictimai-siyasi həyatında yüksək mövqe qazanmışdır.
Tədbirdə YAP veteranı Teymur Rəhimov, şəhid atası Sabir Sultanov, Vətən müharibəsi qazisi Cavid Allahverdiyev, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova çıxış ediblər.
Tədbirin sonunda bir qrup Vətən müharibəsi veteranına medallar, YAP sıralarına yeni qəbul olunan bir qrup gəncə üzvlük vəsiqələri və rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına fəxri fərmanlar təqdim edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

