YAP-ın təsis edilməsinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib
27.10.2022 [20:43]
Oktyabrın 27-də Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 30-cu ildönümü münasibətilə tədbir keçirilib.
Əvvəlcə Laçın Rayon İcra Hakimiyyəti binasının önündə xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü ziyarət olunub və önünə gül dəstələri düzülərək əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Taxta körpü qəsəbəsində laçınlı şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədi ilə inşa olunan kompleks ziyarət olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbirdə YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı gündən ötən 30 il ərzində zəngin siyasi yol keçərək, müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsində və inkişafında böyük tarixi rol oynayıb: “Ötən illərdə olduğu kimi bu gün də öz proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır”.
YAP İdarə Heyətinin üzvü Asif Əsgərli çıxışında deyib ki, ulu öndər Heydər Əliyevin yaratdığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin daha da gücləndirdiyi ordumuz cəmi 44 gün ərzində Ermənistan silahlı birləşmələrini döyüş meydanında darmadağın etdi. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu, zəfər qazandıq.
Milli Məclisin deputatı Mahir Abbaszadə diqqətə çatdırıb ki, artıq işğaldan azad olunmuş bütün şəhərlərin baş planı hazırlanıb və təsdiqlənib: “Füzuli rayonunda Qarabağın qapısı olan beynəlxalq hava limanı 8 aya tikilib istismara verildi, bu günlərdə Zəngilan Beynəlxalq aeroportunun açılışı gerçəkləşdirildi. Zəngilanda ağıllı kənd layihəsinin ilkin mərhələsi yekunlaşdırılıb, kənd sakinləri artıq öz doğma kəndlərində firavan yaşayırlar”.
Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli isə çıxışında söyləyib ki, Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan bayrağını ucaltması laçınlıların hər birini qürurlandırdı: “Biz laçınlılar hər zaman olduğu kimi, bu gün də Prezident İlham Əliyevin ətrafında sıx birləşmişik, ölkəmizdə gedən çoxsahəli islahatların iştirakçısı olduğumuza görə qürur duyuruq”.
Tədbirdə, həmçinin YAP Laçın rayon təşkilatının veteran üzvü Səyyaf Məmiyev, 51 saylı ərazi partiya təşkilatının sədri Aytac Abbasova, Vətən müharibəsi qazisi Fəxri Əliyev partiyanın bundan sonra da ardıcıl uğurlar qazanacağına əminliklərini bildiriblər.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri fərmanla təltif edilib. YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxSosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36

