Soçi görüşü Azərbaycanın haqlı mövqeyinin daha bir nümayişi idi
03.11.2022 [14:08]
Oktyabrın 31-də Prezident cənab İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində reallaşan Soçi görüşü Azərbaycan diplomatiyasının gücünün, ölkəmizin haqlı mövqeyinin bir daha nümayişi oldu. Azərbaycan daha bir uğura, ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdı.
Bunu YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib. O, qeyd edib ki, 44 günlük Vətən müharibəsindən sonra Rusiya Prezidenti Vladimir Putinin və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsləri ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında müəyyən irəliləyişlərin şahidi oluruq. Qürurverici məqam isə ondan ibarətdir ki, hər iki tərəfin vasitəçiliyi ilə keçirilən görüşlərdə sülh gündəliyini qalib tərəf kimi Azərbaycan müəyyənləşdirdi. Soçi görüşündə də ölkə Prezidentimizin hər zaman olduğu kimi, milli maraqlarımızın təmin olunması istiqamətində həyata keçirdiyi qətiyyətli siyasəti bir daha nümayiş etdirdi. Sülh danışıqları prosesi çərçivəsində Rusiyanın vasitəçiliyi ilə keçirilən sayca üçüncü görüşdə də mövqeyində israrlı olan cənab İlham Əliyev bəyan etdi ki, sülh müqaviləsinin yalnız Azərbaycanın irəli sürdüyü 5 əsas prinsip əsasında imzalanması mümkündür. Qarabağ münaqişəsinin artıq tarixdə qaldığını, iki il əvvəl həll edildiyini qeyd edən ölkə Prezidentimiz cənab İlham Əliyev regionda davamlı və uzunmüddətli sülhə nail olmaq üçün iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının əsas şərt olduğunu bir daha vurğuladı.
Ramil Orucov onu da qeyd etdi ki, 2021-ci il noyabrın 26-da Qarabağda hərbi əməliyyatların dayandırılması ilə bağlı imzalanan bəyanatın ildönümünə təsadüf edən Soçi görüşü Azərbaycanın maraqlarına uyğun formada reallaşdı, işğalcı Ermənistanın uğursuzluğu kimi tarixə düşdü.
Tarixi görüşdə ölkələr arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizminin yaradılması, Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsini artırmaq ilə bağlı qərar qəbul edilib. 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan, həm də onun havadarları bir daha əmin oldular ki, məğlub ölkənin Azərbaycanla hesablaşmaqdan başqa çıxış yolu yoxdur. Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti bərmənalı şəkildə vurğuladı ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşması üçün beş əsas prinsip irəli sürüb və yalnız bu prinsiplər əsasında münasibətlərin normallaşmasına nail olmaq mümkündür.
“Bu da Azərbaycanın qalib ölkə kimi eyni zamanda diktə edən tərəf olduğunu təsdiq etdi. Qəti şəkildə bildirildi ki, sülh müqaviləsinin hazırlanması Müzəffər Ali Baş Komandanın irəli sürdüyü 5 prinsip əsasında reallaşmalıdır. Beynəlxalq hüquq da, ədalət də Azərbaycanın tərəfindədir. Eyni zamanda, Cənubi Qafqazda sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi-ticarət, nəqliyyat əlaqələrinin bərpası və inkişafı ədalətli sülhün bərqərar olması deməkdir”- deyə YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

