YAP Tərtər rayon təşkilatı 12 noyabr - Konstitusiya Günü ilə bağlı geniş tədbir keçirib
12.11.2022 [12:22]
Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatı 12 noyabr - Konstitusiya Günü ilə bağlı geniş tədbir keçirib.
12 noyabr 2022-ci il tarixdə keçirilmiş tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov bildirmişdir ki, yaradıcısı ulu öndərimiz Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti artıq 27 ildir ki, noyabrın 12-ni Konstitusiya günü kimi qeyd edir. Vurğulanmışdır ki, ümumilli liderimiz hər bir sahədə olduğu kimi hazırda dünyanın ən demokratik ölkələrinin Əsas Qanunları ilə eyni səviyyədə dayanan Konstitusiyamızın hazırlanmasında da əvəzsiz xidmətləri olmuşdur. Heydər Əliyevin sədrliyi ilə yaradılmış Konstitusiya Komissiyasının ilk iclasından başlayaraq 12 noyabr 1995-ci ildə keçirilmiş referendumadək milli liderimiz respublikamızın Əsas Qanununun hazırlanmasına, onun bütün maddələrinin geniş ictimaiyyət tərəfindən müzakirəsinə şəxsən rəhbərlik etmişdir. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası fundamental bir sənəd kimi demokratik inkişaf, hüquqi dövlətçilik və insan hüquqları sahəsində mütərəqqi dünya təcrübəsinin başlıca nailiyyətlərini özündə əks etdirir.
Tədbirdə çıxış edənlərdən Tərtər şəhər 5 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçisi - Könül Qurbanova, Səhləbad Ərazi Partiya Təşkilatının sədri Xəyal Aslanov, Tərtər rayon Mərkəzi Xəstəxanasının əməkdaşı- Bəsirə Həsənzadə , Tərtər rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı - Nəcmiyyə Zeynalova, Hacıqərvənd kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi – Güldanə Alışova, Tərtər rayon Su Kanal idarəsinin əməkdaşı- Rais Abbasov və Telekom Ərazi Partiya Təşkilatının sədri Adil Hüseynov Konstitusiyanın tarixi mahiyyətindən, bu Konstitusiyanın müstəqil Azərbaycanın ilk, ümumilikdə isə respublikanın dördüncü Konstitusiyası olmasından, ölkə başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti sayəsində müstəqil dövlətimizin inkişafında əldə edilən tarixi nailiyyətlərdən söz açıblar. Onlar Konstitusiyamızda dövlət tərəfindən insanların hüquq və azadlıqlarının qorunduğunu, əhalinin sosial təminatına xüsusi diqqət verildiyini, hər kəsin azad yaşamasının təmin edildiyini, Konstitusiya Qanununu bilmək, bu Qanunda nəzərdə tutulan müddəalara əməl etmək, hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcumuzdur deyə bildirdilər.
Tədbir iştirakçıların yüksək ictimai-siyasi fəallığı şəraitində keçib.
Tədbir YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov yekunlaşdırdı.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

