İranın məkrli siyasəti onun kim olduğunu göstərir
23.11.2022 [12:34]
Sözdə bütün dünya müsəlmanlarının, xüsusilə şiələrin himayədarı olan, əslində isə din pərdəsi ilə maskalanmış İranın maskası yırtılıb. Daha onun nağıllarına, din “təəssübkeşliyinə” inanan yoxdur. Nəinki yaxın ətrfaında. Hətta öz daxilində belə İran hakimiyyətinin riyakarlıq maskasına bürünmüş dindarlığı gülüş hədəfinə çevrilib. Asıb kəsmək, qorxu və nifrətlə terrorist yuvaları, casus şəbəkləri hazırlayan İran indi öz qazdığı quyuya düşmək üzrədir. Son 40 ildə qatıldığı müharibələri uduzan, himayə etdiyi müsəlman ölkəsini” xaosdan çıxara bilməyən, əmin-amanlıq, sabitlik yarada bilməyən İran daxili çəkişmmələr meydanına çevrilib.
İranın dırnaqarası himayə etdiyi Yəməndə, Bəhreyndə münaqişələrin 30-40 illik tarixi var. Suriyada, Livanda 10 illərdir xaos, dağıntı davam edir. Çünki əsliondə İrana belə daha sərfəlidir. Çünki İran əslində o dövlətləri. O millətləri sözdə müdafiə edir. əməldə, gizlində isə elə həmin ölkələrdə xaos və dağıntılar istəyən ölkələrin və güclərin yanındadır.
Belə olmasaydı 30 il müddətində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyib, digər yandan təcavüzkar Ermənistana dəstək verməz, Qarabağın yerlə yeksan edilməsində, sərvətlərinin daşınmasında Ermənistanla əlbir olmazdı.
Qarabağ müharibəsində Azərbaycanın zəfər qazanması isə bu “din qardaşlarımızın” hövsələsini lap daraltdı. Zəngəzur dəhlizi söhbəti araya gələn kimi özünün “qırmızı cizgiləri” elan etdiyi məkri üzə çıxdı. Azərbaycanın nə iqtisadi, nə də siyasi, eləcə də hərbi uğuru İrana sərf eləmir. Necə ki yuxarıda qeyd etdiyim dövlətlərdə xaos, hərc-mərclik, iqtisadi gerilik varsa, Azərbaycanı da elə görmək istəyir. Çünki güclü Azə baycan İranıən qorxulu röyasıdır.
Dövlət siyasətində bunu yürüdən İranın din xadimlərinin də Azərbaycana yönəlik davranışları əxlaq baxımından islam dəyərlərinə tüpürməkdən başqa bir şey deyildir.İslamın əxalq kodeksinə yabançı olan bu davranış İrandakı islamın əslində bir pərdə rolu oynadığı anlamına gəlir. Özünü “islam dövləti”, “müsəlman təəssübkeşi”, Azərbaycanın “mehriban qonşusu” kimi təqdim etməyə çalışan İranın təkcə Azərbaycana qarşı münasibətində deyil, ümumilikdə bu dövlətin siyasi davranış konsepsiyasında riyakarlıq və yalançılıq xətti əsas yer tutur.
"İmam Xomeyni İmdad Komitəsi" və Mədəniyyət Mərkəzi vasitəsilə "humanitar yardım" paylamaq adı altında bütün bölgələrdə strukturlaşan, əhalisinin əksəriyyəti şiə məzhəbinə inanan Azərbaycanda din üzərindən siyasi təşkilatlanma həyata keçirən, Azərbaycan dövlətinə qarşı dini-siyasi qruplaşmalar yaratmağa cəhd edən bir qonşuya xəyanətkar adı verməkdən başqa nə ad vermək olar? İllərlə Azərbaycanı diz çökdürməyə, Türk və müsəlman düşməni olan, terrorizmə görə dünyada ön sırada gedən ermənilərlə işbirliyində olan bir dövlətllə hansı qonşuluiqdan, hansı işbiorliyndən danışmaq olar? O dövlət ki Qumda təhsil alan gəncləri öz vətənlərinəı qarşı casusluğa vadar edir, o dövlət ki, qardaş deyə-deyə qardaşın kürəyinə xəncər sancır!
Bu da bir həqiqətdir ki, əhalisinin böyük hissəsi, 30 milyon nəfəri azərbaycanlılardan ibarət olan bu ölkə ilə müstəqil Azərbaycan dövlətini mədəni və mənəvi dəyərlər bağlayır. Məhz bunun nəticəsidir ki, ötən müddət ərzində ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən çoxsaylı ikitərəfli sənədlər imzalanıb.Lakin təəssüf ki, İranın davranışları, ölkəmizdə süni problemlər yaratmaq üçün müxtəlif cəhdlər göstərməsi, guya dini azadlıqların və İslam dəyərlərinin boğulduğunu iddia edərək “din pərdəsi” adı altında respublikamızın ərazisində dünyəvi dövlətçilik əleyhinə əməllərin həyata keçirilməsinə çalışması bütün bu münasibətlərin mahiyyətinə kölgə salır. Azərbaycanda ifşa olunmuş bəzi dini-ektremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdiklərinin təkzibolunmaz faktlarla tam sübuta yetirilməsi, rəsmi dövlət qeydiyyatı olmayan Azərbaycan İslam Partiyası adlanan təşkilatın üzvlərinin hüquq mühafizə orqanları tərəfindən ifşa olunması, həmçinin, onların İran tərəfindən dəstəklənən cinayət əməlləri bilavasitə İranın təxribat siyasətinin davamı və təzahürüdür. İranın Azərbaycanda terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə bizə dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. İslamdakı ümmət anlayışından sui-istifadə edən İran orada yaşayan 40 milyon Azərbaycan türkünün elementar hüquqlarına hörmətlə yanaşmır, ermənilərə qucaq açdığı,hər cür şərait yaratdığı halda soydaşlarımıza ana dilində təhsil hüququ belə vermir. Yalnız orta əsrlərin cəhalət və xurafatı ilə milləti yüz illərlə geri çəkən din xadimlərinin əsil siması indi ortaya çıxıb.
Əli Xocalı sakinlərinin qanına bulaşmış erməni terroristləri ilə qucaqlaşan, onlarla iş birliyində olan bir dövlətlə, bir din xadimi ilə üz-üzə oturmaq erası bitmək üzrədir. Həqiqət isə acıdır. İranı göynədən, siyasi əllaməlik etməyə də vadar edən bu acı həqiqətdir.
Azərbaycanı İsraillə əmkdaşlıqda ittiham edən İran əsrlərlə qanımızı axıdan, millətimizi soyqırıma məruz qoyan ermənilərə qucaq açanda bunu düşnməliydi. Bəli düşünməliydi! Lakin əksinə oldu. Əgər İranın dəstəyi və köməyi olmasaydı Ermənistan Azərbaycan torpaqlarını 30 il işğal altında saxlaya bilməz, kommunikasiya yoxluğu səbəbindən diz çökərdi. Təəssüf ki İran bu məsələdə ernilər üçün nəfəslik rolunu oynadı.
İndi isə necə deyərlər, kartlar açılıb və İranın məkrli siyasəti gün üzünə çıxıb. Zəngəzur dəhlizi məsələsi aktuallaşandan dərhal sonra yenidən aqressiv ritorikasını bərpa edib, təhdid dolu bəyanatlar səsləndirməyə başlayan İrana inam və etibar nəinki qonşu olan dövlətlərdə, elə iranın öz daxilində də itib. Son günlər baş verən hadisəlkər də bunun təzahürüdür.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19

