Laçın rayonu Azərbaycanın gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq
01.12.2022 [16:54]
Azərbaycanın füsunkar guşələrindən olan Laçın rayonu Azərbaycanın ən qədim insan məskənlərindən biridir. Böyük strateji əhəmiyyətə malik Laçın rayonu 1992-ci il mayın 18-də Ermənistan silahlı bölmələri tərəfindən işğal olunmuşdu. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçın rayonunun işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurmuşdur.
Qırx dörd günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri Ermənistan üzərində şanlı Qələbə qazanaraq 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdi. Azərbaycan Prezidentinin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri nəticəsində Ermənistan kapitulyasiya sənədini imzalamağa və ərazilərimizdən çıxmağa məcbur oldu. İmzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam və Kəlbəcər rayonlarından sonra, dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi.
Laçın rayonu zəngin faydalı qazıntılarla və inşaat materialları yataqları, civə, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli mineral yataqları daha böyük ehtiyatlara malikdir.
Laçının əhəmiyyəti sadəcə onun təbii sərvətləri ilə bağlı deyil. Azad edilmiş bütün bölgələr kimi, Laçın rayonunun da iqtisadi, kənd təsərrüfatı, turizm potensialı çox böyükdür. Prezident İlham Əliyev bildirib ki, biz bu potensialdan məharətlə istifadə edərək Qarabağ bölgəsini nəinki Azərbaycanın, dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik.
Digər azad edilmiş ərazilərimiz kimi, Laçın rayonunun da ictimai və iqtisadi həyatında yeni dövr başlamışdır. Bu gün Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Rayonda işə salınan Güləbird Su Elektrik Stansiyası təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
İşğaldan azad edilmiş Laçın rayonunda yol infrastrukturunun da tikintisi diqqətdə saxlanılır. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir.
Laçın rayonunda həyata keçirilən digər böyük layihə beynəlxalq hava limanının tikintisidir. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır. Hava limanının çox böyük mülki aviasiya, yükdaşıma və hərbi əhəmiyyəti vardır. Laçın rayonunun Qorçu kəndinin ərazisində aeroportun tikilməsi ümumilikdə bölgənin sosial-iqtisadi inkişafına təkan verəcək, turizm potensialının artırılmasına səbəb olacaq. Olduqca mühüm strateji əhəmiyyətə malik olan Laçın aeroportu Kəlbəcər rayonu ərazisinə gediş-gəlişi asanlaşdıracaq.
Bu bölgədə tikinti-inşaat sektoru üçün əhəmiyyətli hesab edilən xammal bazası mövcuddur. Bu, rayonun yenidən biznes ənənələrini bərpa etmək üçün əlverişli zəmin yaradır. Azad olunmuş ərazilərin inkişafında əsas amil kimi, tikinti sektoruna yararlı xammal bazası baxımından Laçın rayonu mühüm paya sahib olacaq.
Laçın rayonunda iqtisadi cəhətdən səmərə gətirəcək bir sıra sahələr var. Bu sahələrə kənd təsərrüfatı, heyvandarlıq, toxuculuq, tikinti və turizm sektoru daxildir. Bununla yanaşı işğaldan əvvəl rayonda əmək qabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bütün bu göstəricilər yerli fermerlər üçün əlavə imkanlar yaradır. Bundan başqa Laçın rayonunun toxuculuq sənəti ənənənələri mövcud olmuşdur. Rayonda yundan toxunan toxuculuq məhsulları xüsusi gözəlliyi ilə seçilib. Bü amil Qarabağın yüngül sənayesinin gələcək inkişafına müsbət təsir göstərəcəkdir.
Ölkəmizin iqtisadi qüdrəti hesabına həyata keçirilən yenidənqurma işləri və infrastruktur layihələri nəticəsində azad olunmuş ərazilər, o cümlədən Laçın rayonunda həyat yenidən canlanır. Görülən işlər nəticəsində bölgənin iqtisadi dirçəlişi Azərbaycanın ümumi inkişafına güclü təkan verəcəkdir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

