20 Yanvar faciəsində əlil olan Pirallahı sakinlərini ziyarət edilib
18.01.2023 [18:03]
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərova 20 Yanvar faciəsinin 33-ci ildönümü ilə əlaqədar Qanlı Yanvar hadisələrində əlil olan Pirallahı sakinlərini - Əliyev Gülağa Hacağa oğlunu və Əmirova Almaz Əzizağa qızını ziyarət ediblər.
20 Yanvar əlilləri ilə görüş zamanı Emil Abasov bildirib ki, Sovet imperiyası tərəfindən xüsusi qəddarlıqla törədilən bu qanlı cinayət, dinc əhaliyə qarşı misli görünməmiş vəhşiliklərlə divan tutulması xalqımızın müstəqillik əzmini birdəfəlik sındırmaq məqsədi daşıyırdı. Ümummilli Liderimiz Heydər Əliyev 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymətin verilməsi, 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, 20 Yanvar gününün Ümumxalq hüzn günü elan olunması, bu faciədə şəhid olmuş insanların ailələrinin, 20 Yanvar əlillərinin sosial müdafiəsi işlərinə başlanması kimi mühüm tədbirlərin həyata keçirilməsini təmin edib. Natiq vurğuladı ki, Prezident İlham Əliyev açıqladığı sosial paketdə ifadə olunan yeni islahatlar kursu ilə növbəti dəfə təsdiqlədi ki, xüsusi həssas kateqoriyadan olan insanlar – şəhid ailələri, müharibə veteranları və müharibə əlilləri, məcburi köçkünlər və qaçqınlar dövlət başçısının böyük qayğısı ilə əhatə olunubdur. Belə ki, dövlət başçısı 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin artırılması və “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli Fərmanında dəyişiklik edilməsi barədə 2023-cü ildə yeni fərman imzalamış və sosial ödənişlərin məbləği növbəti dəfə artırılmışdır.
Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Aparatının birinci müavini Vəzir Səfixanov 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən biri olduğunu söyləyərək qeyd edib ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi müdaxilə isə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biridir. O qanlı gecədə Mixail Qorbaçov başda olmaqla sovet rəhbərliyinin xalqımızın iradəsini, yaranmaqda olan milli azadlıq hərəkatını boğmaq üçün törətdiyi qırğın və cəza tədbirləri nəticə etibarilə bu qanlı rejimin özülünü sarsıtdı. Bildirildi ki, torpaqlarının bütövlüyü yolunda şəhidlər verən xalqımız bu faciədən sonra milli azadlıq mübarizəsini davam etdirərək iki il keçməmiş müstəqilliyinə qovuşdu. Azərbaycan tarixinin şanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və daim yaşayacaq.
Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin sədri Təranə İskəndərovanın sözlərinə görə, 20 Yanvar qırğını və digər faciələr zamanı mərd, qorxmaz xalqımız yenilmədi, əyilmədi. Bu kimi hadisələr xalqın azad, müstəqil yaşamaq arzusunu söndürmədi, əksinə daha da alovlandırdı. Xalqımız 20 Yanvar gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Qızıl Aypara Cəmiyyəti öz növbəsində hər zaman şəhid ailələrinə, qazilərə və diğər aztəminatlı ailələrə öz maddi və mənəvi dəstəyini heç zaman əsirgəməmişdir.
Görüşün sonunda əlillərə maddi yardım və əlil arabası təqdim olunmuşdur. Ziyarət zamanı 20 Yanvar faciəsində əlil olan Pirallahı sakinləri onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03

