Dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə prioritetdir
23.01.2023 [12:02]
Ənənəvi olaraq hər il İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu iştirakçı ölkələrin, o cümlədən Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında mühüm rola malikdir. Bir mühüm məqamı da nəzərə alsaq ki hər dövrün öz çağırışları olur, Dünya İqtisadi Forumu günün aktual məsələlərinin müzakirəsinə xüsusi önəm verir, bu halda builki toplantının mövzusu diqqətdən kənarda qala bilməz.
Dövlət başçısı İlham Əliyev Çinin CGTN (China Global Television Network) televiziya kanalına müsahibəsində Forumun bu il müzakirəyə çıxardığı “Parçalanmış dünyada əməkdaşlıq” mövzusunun fonunda hazırkı dövrdə əməkdaşlığı çətinləşdirən məqamlara diqqəti yönəltdi: “Düşünürəm ki, bəzi ölkələrin ambisiyaları, regionda və ya dünyada bir növ liderlik uğrunda mübarizə, potensialın, öz potensialının düzgün hesablanmaması, qarşınızdakının, opponentinizin olduğundan aşağı qiymətləndirilməsi. Bu, etimadsızlığa, gərginliyə və müharibələrə gətirib çıxarır. Bizim siyasətimiz hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslanıb, çünki biz qəti surətdə inanırıq ki, yalnız əməkdaşlıq sayəsində uğur qazana bilərsiniz. Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub.” Dünya İqtisadi Forumu çərçivəsində keçirilən çoxsaylı görüşlərdə, dövlət başçısı İlham Əliyevin çıxış etdiyi panel iclaslarda da Azərbaycanın hazırkı iqtisadi uğurlarının əldə olunmasını şərtləndirən amillər xüsusi diqqətə çatdırıldı. Əsas amil kimi ölkəmizin malik olduğu əlverişli biznes mühiti xüsusi qeyd edildi. Bu əsas hədəf bir daha diqqətə çatdırıldı ki, bərpaolunan enerji mənbələri bizim üçün indi əsas prioritetlərdən birinə çevrilib. Son bir neçə ay ərzində Azərbaycan 22 qiqavat bərpaolunan enerji mənbələrini yaratmaq üçün sərmayə təmin edəcək sənədlər imzalayıb. Söhbət həm dənizdən, həm də qurudan gedir. Bu isə regional iqtisadi konfiqurasiyanı tamamilə dəyişəcək. Çünki Avropada baş verən yaşıl enerjiyə keçiddən xəbərimiz var.
Eyni zamanda, Azərbaycan neft və təbii qazın təchizatçısıdır. İndi yaşıl enerjini, o cümlədən dənizdə külək elektrik stansiyalarından hasil olunacaq yaşıl hidrogeni təchiz etməyi planlaşdırırıq: “Biz ixrac etmək imkanına malik olmaq üçün həm də ötürücü xətlərə də sərmayə yatırmalıyıq, çünki bizim özümüzə bu qədər enerji lazım deyil.” Dünya İqtisadi Forumundan öncə ölkə Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı bərpaolunan enerji məsələləri ilə bağlı razılaşmalar əldə olundu. Dövlət başçısı İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan geniş bəhs etdi. Ölkəmizin neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısı olduğu xüsusi vurğulandı. Qeyd edildi ki, cəmi iki il əvvəl Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə başa çatdırıb. Azərbaycandan Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub. Həmin boru kəmərinin uzunluğu 3500 kilometrdir. Təbii qaz ixracımız artır. 2021-ci ildə 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. Artım davam edəcək. Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planı təkcə öz enerji təhlükəsizliyi ilə Bu rəqəmlər də açıqlandı ki, quruda 27 qiqavatlıq külək və günəş enerjisi, 2020-ci ildə Vətən müharibəsi zamanı azad edilmiş ərazilərdə 10 qiqavatlıq külək və günəş enerjisi, həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavatlıq külək enerjisi imkanları mövcuddur. 200 qiqavata yaxın potensial var. Bu səbəbdən Azərbaycana kifayət qədər ixrac marşrutları lazımdır. Dövlət başçısı İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri zamanı “Masdar” və Azərbaycan Dövlət Neft Şirkəti 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılmasına dair razılaşma imzaladılar. Bu qısamüddətli bir layihədir. Ortamüddətli layihələr nəticəsində güclər 10 qiqavata qədər artırılacaq. “Masdar” ilə aparılan əməkdaşlıq Azərbaycanı yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcək. Yeni imkanlara gəldikdə isə Azərbaycanın beynəlxalq enerji şirkətləri ilə imzaladığı Anlaşma Memorandumları və sazişlər 22 qiqavata qədər külək və günəş enerjisini istehsal etmək imkanını yaradacaq. Göründüyü kimi, hazırda dünya iqtisadiyyatının davamlı inkişafında bərpaolunan enerjidən səmərəli istifadə məsələsi ön planda dayanır. Bu baxımdan Azərbaycanın gördüyü işlər nəinki ölkəmiz, eyni zamanda, region və dünya üçün əhəmiyyətlidir.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59
YAP xəbərləri
19 May 15:44
Maraqlı
19 May 15:34
İqtisadiyyat
19 May 15:15
Dünya
19 May 15:10
Siyasət
19 May 15:10
Gündəm
19 May 15:09
Dünya
19 May 14:50
Gündəm
19 May 14:48
Sosial
19 May 14:39
Siyasət
19 May 14:37
Xəbər lenti
19 May 14:37
Sosial
19 May 14:27
Dünya
19 May 14:25
Gündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32

