Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılmışdır
31.01.2023 [12:25]
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev gənclər siyasətini daim dövlətçilik konsepsiyasının əsas tərkib hissələrindən biri hesab etmiş, gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirmiş, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm vermişdir. Gənclərin ictimai fəallığının yüksəldilməsi, onların layiqli vətəndaş kimi formalaşması, ölkəmizdə həyata keçirilən dövlət quruculuğu və sosial-iqtisadi inkişaf proseslərinə yaxından cəlb olunması məsələləri həmişə Ulu öndərin diqqət mərkəzində olmuşdur. Məhz onun diqqət və qayğısı nəticəsində 1994-cü ildə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yaradılmış, 1997-ci ildən etibarən 2 fevral - Gənclər günü ölkə miqyasında geniş qeyd edilməyə başlamışdır. Bu etimaddan ruhlanan Azərbaycan gəncliyi təhsildə, hərbi xidmətdə, əməkdə böyük uğurlar qazanır, Vətənə sədaqət, xalqımızın tarixinə, dilinə, mədəniyyətinə, adət-ənənələrinə, dövlət rəmzlərinə hörmət və ehtiram ruhunda fəaliyyət göstərir.
Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş, xalqımızın taleyüklü maraq və mənafelərinə söykənən genişmiqyaslı inkişaf strategiyasının möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi altında qazanılan misilsiz qələbələri nəticəsində Azərbaycan bu gün özünün yeni intibah dövrünü yaşayır. Möhtərəm Prezidentimiz bütün sahələrdə olduğu kimi, Ulu öndərin gənclər siyasətini də uğurla davam etdirir. Dövlətimizin başçısı gəncləri cəmiyyətimizin aparıcı qüvvəsinə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədi ilə ötən illər ərzində Azərbaycan gəncliyi haqqında bir neçə Dövlət Proqramını təsdiq etmişdir. Ölkəmizdə həyata keçirilən gənclər siyasətinin durmadan inkişaf etdirilməsinə yönəlmiş bu proqramlar gənc nəslin ictimai fəallığını artırmaq, dövlət idarəçiliyində onun rolunu yüksəltmək, potensialını daha səmərəli istifadə etmək məqsədi daşıyır. Azərbaycanda bu məqsədlə böyük işlər görülür. Gənclərimiz ictimai həyatın bütün sahələrində böyük fəallıq nümayiş etdirirlər. Onlar müxtəlif dilləri mənimsəyərək dövlət təqaüdləri hesabına dünyanın nüfuzlu universitetlərində təhsil alır, müasir elmin nailiyyətlərinə, yeni texnologiyalara yüksək səviyyədə yiyələnir, bilik və bacarıqlarını təcrübədə uğurla tətbiq edirlər.
Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması mühüm yer tutur. Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin gərgin səyləri nəticəsində Azərbaycan bu gün dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilmişdir.
Ölkədə həyata keçirilən gənclər siyasəti Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının düzgün yolda olduğunu bir daha təsdiq etdi. Belə ki, Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər və şəhid oldular, qazi oldular və müzəffər Ordumuzun şöhrətini yüksəklərə qaldırdılar. Əgər gənclər vətənpərvərlik ruhunda tərbiyə almasaydılar, bilmək olmazdı müharibənin nəticələri necə ola bilərdi. Vətənpərvər olmaq üçün hər bir insanın ürəyində Vətənə bağlılıq olmalıdır, sədaqət olmalıdır. Hər bir insan, xüsusilə gənclər haqlı olaraq öz Vətəni ilə fəxr etməlidir. Müstəqillik illərində elə ölkə yaratmışıq ki, hər bir vətəndaş bu ölkə ilə fəxr edə bilər. Çünki istənilən sahəyə baxdıqda görürük ki, doğrudan da böyük tarixi nailiyyətlərə imza atmışıq.
Gənclik insan ömrünün ən gözəl dövrüdür. İnsan sonrakı həyatının təməlini gənc yaşında qurur. Odur ki, gəncliyin üstünlüklərini fürsət kimi qiymətləndirmək lazımdır. Bir vaxtlar məşhur söz vardı: “Səadət insanın öz əlindədir, İşində, gücündə, əməlindədir”. Bugünki gənclikdə öz həyatını yaradır. Hər hansı bir sahədə inkişaf etmək üçün hədəfi düzgün müəyyənləşdirmək vacib şərtdir. Gənclər səylərinin hədər getməməsi və qarşıya qoyduğu məqsədə nail olmaq üçün özündə həm də pozitiv vərdişlər, adətlər tərbiyə etməlidir. Etibarlı təməl məhz bu cür qurulur – yaxşı vərdişlər və adətlər yaratmaqla.
İnsanın həyatı daimi fəaliyyətdən ibarətdir, hər bir gənc özündə yeni bilik və bacarıqlara yiyələnməyə alışdırsa, bunu vərdişə çevirə bilsə, gələcək fəaliyyətində uğur Sizinlə olacaqdır. Əksinə, əgər bu gün Siz özünüzü yalnız əyləncəyə, mənasız və faydasız, yüngül həyat tərzinə alışdırsanız, bu adətinizi dəyişdirməyiniz çətin olacaq. Gənclik həmişə əylənməyə meyllidir, bu da lazımdır və təbiidir. Həyatı sevmək, onun gözəlliyindən zövq almamaq olmaz. Amma həyat yalnız əyləncədən ibarət deyil. Hər gün maariflənməyə, oxumağa, yeniliklərdən xəbərdar olmağa çalışmaq müasir dövrdə əsas uğur meyarlarındandır. İnsan daim özünü təkmilləşdirməli, inkişaf etdirməlidir. İrəli getməyin başqa yolu yoxdur.
Tədqiqatçılar deyir ki, insan psixologiyası 25-30 yaşadək yenilikləri öyrənməyə daha çox meyillidir. İnsan beyninin pik qəbuletmə dövrü isə 22-27 yaşa təsadüf edir. Əgər insan özünü gəncliyindən öyrənməyə, maariflənməyə alışdırsa, o zaman yaşlandıqca yenilikləri qəbul etməyə açıq olacaq, yəni öz gəncliyini ahıl yaşa qədər davam etdirəcəkdir.
İinanıram ki, gənclik bundan üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcəkdir. Əminliyim ona əsaslanır ki, dövlətimiz və onun müdrik rəhbəri, möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən bu gün Azərbaycan gəncliyinin inkişafı üçün ölkəmizdə hər cür şərait yaradılmışdır.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40
İqtisadiyyat
19 May 17:13
Xəbər lenti
19 May 17:06
Xəbər lenti
19 May 17:03
Dünya
19 May 16:26
YAP xəbərləri
19 May 16:11
Gündəm
19 May 16:09
Ədəbiyyat
19 May 15:59

