Azərbaycan Ermənistanla münasibətlərin normallaşması isiqamətində bütün lazımi addımları atıb
22.02.2023 [11:57]
Münhen Təhlükəsizlik Konfransı artıq 60 ildir ki, fəaliyyət göstərən və dünyada beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə olunduğu ən aparıcı forumdur. Qlobal səviyyədə çox vacib və aktual problemlər üzrə diplomatik təşəbbüslər hər ilin fevral ayında Almaniyanın Münxen şəhərində təşkil edilən konfransda irəli sürülür. Məlum olduğu kimi, iclasın builki - sayca 59-cu görüşündə də ənənəvi olaraq müasir xarici siyasət və beynəlxalq təhlükəsizliyin ən aktual məsələləri müzakirə olundu. Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirak etdiyi tədbirə Azərbaycan Prezidenti cənab lham Əliyev də dəvət olunmuşdu.
Fevralın 18-də Münhen Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşdə ölkə başçımız Azərbaycanla Ermənistan arasında sülh sazişinin beynəlxalq norma və prinsiplər əsasında imzalanması və müqavilədə Qarabağ haqqında hər hansı bir müddəanın yer almaması barədə qəti mövqeyini bildirdi: "Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun". Azərbaycanın sülh təklifinə Ermənistanın cavab təklifinin incələndiyini bildirən ölkə başçımız qarşı tərəfdən bu istiqamətdə kifayət qədər olmasa da, müəyyən irəliləyişlərin olduğunu diqqətə çatdırdı.
Fevralın 18-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclas keçirilib. iclasda çıxış edən dövlət başçımız Azərbaycanın hələ uzun illər əvvəl logistika infrastrukturunun yaradılmasına yatırımlar etdiyini və bu gün artıq Mərkəzi Asiyadan daşınan yüklərin Azərbaycan vasitəsilə Avropaya yönəldilməsinə əlavə imkanların olduğunu bildirmişdir.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan ilə Ermənistan arasında olan münasibətlərin normallaşması, həmçinin digər ölkələr arasında olan düşmənçiliyin sona çatdırılması üçün nümunə olar.Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması daha çox bu iki ölkənin özündən asılıdr. Bu istiqamətdə Azərbaycan bütün lazımi addımları atıb, münasibətlərin normallaşması üçün hansı addımların hansı ardıcıllıqla atılmasının vacibliyini bildirib. Azərbaycan normallaşma, eyni zamanda, sərhədlərin müəyyənləşməsi prosesinin daha tez bir zamanda gerçəkləşməsində maraqlıdır. Münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacaq. Azərbaycan daim Ermənistanla müxtəlif istiqamətlər üzrə əlaqələri genişləndirməkdə maraqlı olduğunu dəfələrlə ifadə edib. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində həyata keçirdiyi təcavüzkar siyasətə rəğmən, Azərbaycan beynəlxalq hüquq prinsipləri əsasında qonşu dövlətlə münasibətləri normallaşdırmağa daim səy göstərib. Ölkəmizin strateji seçimləri, yanaşması, iradəsi və mövqeyi bəllidir. Atdığımız addımlar milli maraqlara və beynəlxalq hüquq normalarına əsaslanır, sülhə və təhlükəsizliyə xidmət edir. Prezident İlham Əliyevin cəsarətli addımları, qətiyyətli mövqeyi qarşıda duran bütün strateji hədəflərə çatmağa imkan verir. Ermənistanın və havadarlarının isə yeni reallıqlarla barışaraq konstruktiv mövqe sərgiləməkdən və sülh prosesinə töhfə verməkdən başqa şansları yoxdur.
Ermənistan hələ də öz müstəqilliyini təmin etməyib və müstəqil beynəlxalq siyasət aparmaq iqtidarında deyil.Ermənilər Cənubi Qafqaza köçürüldükdən sonrakı 200 il ərzində məhz başqa güc mərkəzlərinin əlində oyuncaq kimi istifadə olunub. Müstəqil dövləti və dövlətçilik ənənələri heç vaxt olmayıb. Bu gün də Ermənistan beynəlxalq siyasətdə öz prioritetlərini müstəqil şəkildə müəyyənləşdirməkdə acizdir. Ermənistan tarixdən ibrət götürərək bütün dövlətlərlə, ilk növbədə qonşu dövlətlərlə münasibətlərini öz xalqının milli maraqları çərçivəsində və sivil yaşam qaydalarına uyğun şəkildə qurmalıdır.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxSosial
20 May 23:31
Dünya
20 May 23:18
Xəbər lenti
20 May 22:46
Elm
20 May 22:14
Xəbər lenti
20 May 21:52
Dünya
20 May 21:25
Dünya
20 May 20:49
Dünya
20 May 20:17
Dünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35

