Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağdaşda partiya fəalları ilə görüş keçirilib

Ağdaşda partiya fəalları ilə görüş keçirilib

24.02.2023 [10:36]

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gürcüva kənd  ərazi partiya təşkilatında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqil Azərbaycanın memarı”  mövzusunda görüş keçirilib.

Görüşü giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı Gürcüva kənd   ərazi partiya təşkilatın sədri Bəhruz Hacıyev Prezident İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən bu ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyini bildirərək dahi şəxsiyyətin ölkəmiz üçün gördüyü işlərdən danışıb.

Partiya fəallarından Fərman Həsənov, İradə Şirəliyeva, Leyla İmanova və Elnarə Həşimova çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs ediblər. Görüşdə qeyd edilib ki, müstəqil Azərbaycanın gələcək tərəqqisi naminə ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 

Görüşdə Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının əməkdaşı Anar Şahmuradov çıxış edərək ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz üçün gördüyü işlərdən danışıb və dahi şəxsiyyətin həyatının Azərbaycanın taleyi ilə bağlı olduğunu qeyd edib. 

Sonda Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatında səmərəli fəaliyyətinə görə bir qrup partiya fəalına Fəxri fərmanlar təqdim olunub.

Paylaş:
Baxılıb: 481 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31