Münxen Təhlükəsizlik Konfransı: Azərbaycanın növbəti diplomatik qələbəsi
24.02.2023 [16:00]
59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin dünyanın nüfuzlu ölkələrinin siyasi, iqtisadi sahələrinin liderləri ilə görüşləri bir daha ölkəmizin beynəlxalq miqyasda güclənən mövqeyini nümayiş etdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi bu görüşdə 40-dan çox dövlət və hökumət başçısı, habelə xarici işlər, müdafiə və digər sahələrə məsul nazirlər, Avropa İttifaqı Şurasının Prezidenti, Avropa Komissiyasının Prezidenti, BMT-nin ixtisaslaşmış qurumlarının rəhbərləri, NATO, ATƏT, Ərəb Dövlətləri Liqası, Körfəz Əməkdaşlıq Təşkilatı və digər dövlətlərarası təşkilatların baş katiblərinin iştirakı bu platformanın əhəmiyyətliliyini ifadə edən göstəricisidir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlət başçısının Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa İnvestisiya Bankının prezidenti Verner Hoyer, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmidlə ikitərəfli görüşləri ölkəmizin Avropa İttifaqı üçün əhəmiyyətinin daha bir təzahürüdür. Strateji, iqtisadi və diplomatik baxımdan önəmli görüşlərin keçirilməsi, eləcə də ikitərəfli, çoxtərəfli görüşlərin hər birində bölgəmiz üçün əhəmiyyətli məsələlərin müzakirəsi, Azərbaycan, Gürcüstan və Ermənistan rəhbərlərinin görüşündə Azərbaycanın iradəsinin ortaya qoyulması dövlətimizin mövqeyinin göstəricisidir. Prezident İlham Əliyev Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibəsində "Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalı və açıqdır", - deyə bildirib. Azərbaycanın mövqeyini keçirilən qapalı görüşlərdə, eləcə də rəsmi açıqlamalarda dövlət başçısı dünya ictimaiyyətinini diqqətinə çatdırmış oldu. "Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür", - deyə bildirib. Azərbaycan-Ermənistan münasibətlərinin hazırkı və gələcək vəziyyətinə də aydınlıq gətirən Cənab Prezident Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının tezliklə baş verməsini və ədavət dövrünün arxada qaldığını səsləndirib. Onu da qeyd edib ki, əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır. Ermənistanın baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlərin səsləndirilməsi onun yenə də öz amplualarında qaldığını bir daha təsdiqləyir. Münxendə Prezident İlham Əliyevin Laçın və Zəngəzur dəhlizlərində hər iki dövlət tərəfindən nəzarət - buraxılış məntəqələrinin yaradılması haqqında təklifi vasitəçilər tərəfindən müsbət qarşılandı. Əgər Ermənistan rəhbərliyi də bu təklifi müsbət dəyərləndirərsə, sülhə yaxınlaşmağa böyük töhfə vermiş olar. Azərbaycanın isə mövqeyi qəti və birmənalıdır. Qeyd edək ki, Münxen Konfransı Ermənistanın sülh müqaviləsindən yayınmasının ifşası baxımından diqqəti çəkir. Əlbəttə ki, dünya birliyi bir daha Prezident İlham Əliyevin simasında Azərbaycanın bölgədə sülh və əməkdaşlıq təminatçısı olduğuna əmin oldu. Prezident İlham Əliyevin Münxendə keçirdiyi görüşlər bir daha demyə əsas verir ki, bu Azərbaycanın diplomatik meydanda siyasi qələbəsidir.
Dövlət başçımızın plenar iclaslarda iştirakı ölkəmiz üçün əhəmiyyət kəsb edən məsələlərin diqqətə çəkilməsi dünyanın aparıcı təşkilatlarının maraq dairəsində olduğunu göstərir. Münxen Təhlükəsizlik Konfransı çərçivəsində "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasda Cənab İlham Əliyevin söylədiyi fikirlər bir daha ölkəmizin sülhsevər siyasətini ortaya qoymuş oldu. Əlbəttə ki, dövlət başçısının konfransa dəvəti və iştirakı Azərbaycanın sülh tərəfdarı olduğundan qaynaqlanır. İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə vəziyyətin tamamilə dəyişib və yeni reallıqlar ortaya çıxıb. Müasir dünyada Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanın iştirakı və razılığı olmadan bölgədə heç bir ciddi layihələr həyata keçirilmir.
Bildiyimiz kimi, enerji təhlükəsizliyi ilə bağlı panellər də keçirilib. Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. "Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır. Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək", - deyə Prezident vurğulayıb. Prezident İlham Əliyevin səfər çərçivəsində keçirdiyi görüşlər, müzakirələr isə dövlətimizin xarici siyasət kursunun çoxşaxəli əlaqələrinin məntiqi nəticəsi və Azərbaycanın diplomatik meydanda növbəti siyasi qələbəsidir. Azərbaycan Prezidenti Münxen Təhlükəsizlik Konfransı çərçivəsində qətiyyətli siyasi görüşlərini bir daha nümayiş etdirdi.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxXəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59
Dünya
19 May 18:29
Dünya
19 May 17:40

