Ədalətli nizam uğrunda…
06.03.2023 [15:17]
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Martın 2-də ölkəmiz növbəti dəfə dünyanın diqqətində oldu. İqtisadi, siyasi, humanitar mərkəz kimi nüfuz qazanan Azərbaycan Qoşulmama Hərəkatının COVID-19 qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşünə ev sahibliyi etdi. Hər bir beynəlxalq əhəmiyyətli tədbir iştirakçı, ən əsası ev sahibliyi edən ölkənin malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur.
Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəaliyyətindən, pandemiya ilə mübarizədə Hərəkatın qlobal həmrəyliyə və əməkdaşlığa çağırışlarından, Azərbaycanın üzv dövlətlərə göstərdiyi humanitar və maliyyə yardımlarından danışaraq bu məqamı da xüsusi qeyd etdi ki, Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səylərin səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayiş etdirdi. Azərbaycan əksəriyyəti Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çox ölkəyə koronavirusla bağlı ya ikitərəfli kanallar, ya da Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə və humanitar yardım göstərib.
Ölkəmiz, eyni zamanda, Hərəkatın institusional inkişafına güclü dəstək verir. Azərbaycan Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış etdi. Şəbəkənin ilk iclası 2022-ci ilin iyun ayında Bakıda keçirildi. 2022-ci ilin iyulunda Şuşa razılaşması əsasında Qoşulmama Hərəkatının Gənclər Təşkilatı yaradıldı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, məqsəd institusional davamlılıq yaratmaq və Azərbaycandan sonra sədrliyi təhvil alacaq üzvlərə uğurlu miras qoymaqdır.
Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanında olduğunu sözdə deyil, fəaliyyətində təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Zirvə görüşündə bir daha dünyanın ikili siyasətə əsaslanan siyasətinin yaratdığı problemlərdən bəhs etdi. Bu kontekstdə BMT sistemində islahatların zəruriliyi məsələsi vurğulandı. Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycanın məqsədi dünyada ədalətin, beynəlxalq hüququn bərpa olunmasıdır. Ölkəmizin hər bir təşəbbüsünün beynəlxalq dəstək qazanması Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu təsdiqləyir. Azərbaycanın koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin aparıldı dövrə təsadüf edən Qoşulmama Hərəkatına sədrliyi illərində irəli sürdüyü təşəbbüslərin xronologiyasına diqqət yetirmək kifayətdir. Koronavirusla mübarizədə dünyada səylərin səfərbər edilməsi üçün Prezident İlham Əliyev Qoşulmama Hərəkatının Zirvə görüşünün keçirilməsinə nail olduqdan sonra Hərəkata üzv dövlətlərin də dəstəklədiyi belə bir təşəbbüslə çıxış etdi ki, BMT Baş Assambleyasının Xüsusi Sessiyasının çağırılması mütləqdir. Bu istək də reallığa çevrildi. Həmçinin "peyvənd millətçiliyi"nə qarşı, eləcə də peyvəndlərin bütün dövlətlər arasında ədalətli paylanması təşəbbüsü də məhz Prezident İlham Əliyev tərəfindən irəli sürülüb. Dövlətimizin başçısının bu təklifi bütün dünya tərəfindən böyük rəğbətlə qarşılandı.
Yeni reallıqlar dünya siyasətinin yenidən formalaşdırılmasını bir tələb kimi qarşıya qoyur. Bu gün BMT-nin işlək bir qurum olmaması hər kəsə məlumdur. Prezident İlham Əliyevin sözügedən çıxışında da bir daha BMT-nin nizamnaməsində islahatlar aparılmasının, Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının artırılmasının vacibliyini bildirməsi özündə bütün məqamları ehtiva edir. BMT-nin işlək qurum olmaması hazırda tarixə qovuşan Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasında özünün ifadəsini tapır. BMT Təhlükəsizlik Şursasının 4 qətnaməsində erməni silahlı birləşmələrinin işğal altında olan torpaqlarımızdan qeyd-şərtsiz çıxarılmasının vacibliyi bildirilsə də dünyanın ikili siyasətdən yaxa qurtara bilməməsi bu sənədlərin kağız üzərində qalıb saralmasını şərtləndirdi. Sonda Azərbaycan bu qətnamələri təkbaşına icra etdi, ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi. Əminik ki, Prezident İlham Əliyevin irəli sürdüyü təkliflər bütün dünya ölkələri tərəfindən dəstəklənəcək və dünyada yeni, ədalətli bir nizam yaranacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

