Milli mənafe hər şeydən üstün olmalıdır
09.03.2023 [12:05]
İlqar İlyasov
YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev 6 iyul 1993-cü ildə ölkə parlamentinin sədri vəzifəsinə yenicə seçildiyi dövrdə Rusiyanın “Ostankino” dövlətlərarası televiziya şirkətinin əməkdaşına verdiyi müsabədə deyirdi: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır.” Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin formalaşmasında və təşəkkül tapmasında, eləcə də dövlətçilik təfəkkürünün formalaşmasında müstəsna xidmətlərə malikdir. Əslində Ulu Öndər müstəqil dövlətin ilkin atributlarının formalaşdırılmasına məhz Sovet İttifaqı zamanından başlamışdır. 70-ci illərdə Sovet Azərbaycanının Konstitusiyasında Azərbaycan dilinin dövlət dili adlandırılması, Respublikada Hərbi məktəblərin yaranması, o dövr üçün müasir hesab olunan ixtisaslara yiyələnmək üçün SSRİ-nin müxtəlif qabaqcıl ali təhsil müəssisələrinə gənclərin təhsil almağa göndərilməsi Heydər Əliyevin dövlətçilik təfəkküründən xəbər verir.
Xalqın azadlığa çıxmasını tarixi hadisə kimi dəyərləndirən Heydər Əliyev əldə edilmiş nailiyyətlərin əbədiləşdirilməsini hamının strateji vəzifəsi olduğunu bildirirdi: “Azərbaycanın müstəqil dövlət olması, xalqımızın azadlığa çıxması tarixi hadisələrdir və biz bunları qiymətləndirməli, əldə edilmiş nailiyyətləri əbədiləşdirməliyik. Bu, istər bizim, istərsə də gələcək nəsillərin qarşısında duran strateji vəzifədir.” Ulu öndərin bu fikri daha çox gənc gənc nəslə yönəlmişdir. Eyni zamanda Heydər Əliyev bütün çıxışlarında keçmişin səhflərindən nəticə çıxarmağı, Vətənə layiqli övlad olmağı tövsiyyə edir.
Respublika Ali Sovetində gənclərin nümayəndələri ilə 22 sentyabr 1993-cü il görüşdəki çıxışından “Əgər indi dövlət müstəqilliyimiz, milli azadlığımız körpə uşağın ilk addımlarına bənzəyirsə, bir neçə ildən sonra dövlətimiz, ölkəmiz, xalqımız güclü, iradəli addımlarla irəliləməli, böyük inamla hərəkət etməlidir” – fikrini söyləməklə bu günümüz üçün münbit zəmin yaradılacağına əminliyini bildirmişdir.
Əslində Ümummilli Liderin dövlətçilik təfəkkürü ilə bağlı söhbət edərkən bir çox məqamlara diqqət yetirmək olar. Sadəcə olaraq yuxarıda qeyd etdiyimiz üç sitat böyük şəxsiyyətin müstəqilliyə, dövlətçiliyə nə qədər önəm verdiyinin parlaq nümunəsidir. Əslində Ulu Öndər öz qoyduğu təməllə hər birimizin müqəddəs borcunun müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, inkişaf etdirmək dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaqdan ibarət olduğu istiqamətində yol göstərmişdir. Xoşbəxt bir mərhələyə gəlib çatdığımızı, milli azadlığa nail olduğumuzu, müstəqil dövlətimizin, azad, müstəqil ölkədə yaşayışımızın təminatı olan dövlət formalaşmışdır.
Müstəqilliyin ilk illərində Heydər Əliyev deyirdi: “Biz müstəqil Azərbaycan dövləti yaradırıq və onu elə yaratmalıyıq ki, daim yaşasın, heç bir qüvvə onu heç vaxt heç yana əyə bilməsin, heç bir dövlət gəlib bizim, Azərbaycan xalqının milli azadlığını, müstəqilliyini əlindən ala bilməsin. Bunun üçün də hər kəs bu müstəqilliyi qorumaqdan ötrü sadiq olmalı və öz şəxsi mənafeyini milli mənafedən aşağı tutmalıdır. Milli mənafe, dövlət mənafeyi hər şeydən üstün olmalıdır.” Ulu öndər Heydər Əliyevin dediyi kimi, milli və dövlətçilik mənafeyini hər şeydən üstün tutan bir nəsil yetişdi. Həmin nəsil Heydər Əliyev ideyalarının layiqli davamçısı İlham Əliyev cənablarının Ali Baş komandanlığı altında 30 ilə yaxın işğal altında qalan torpaqlarımızla bizi qovuşdurdu. Elə həmin nəsil işğaldan azad olunmuş torpaqlarımızda həyata keçirilən quruculuq işlərində yaxından iştirak edir. Heydər Əliyev dövlətçilik təfəkkürünün daşıyıcıları olan gənc nəsil uzun əsrlər boyunca müstəqil Azərbaycanın qoruyucu mələkləri olacaqlar.
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52
Dünya
13 Sentyabr 16:19
Dünya
13 Sentyabr 15:22
Dünya
13 Sentyabr 14:33
Dünya
13 Sentyabr 13:17
Analitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49

