Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır
31.03.2023 [12:49]
Məlum olduğu kimi, martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Zirvə görüşü keçirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə baş tutan bu görüşün Şuşada keçirilməsi nəzərdə tutulurdu. Lakin Azərbaycan Prezidenti bu görüşün dəhşətli zəlzələlər nəticəsində çətin günlər keçirən qardaş ölkəyə dəstək məqsədilə Ankarada keçirilməsini təklif etdi. Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Bəyannamə qəbul olunub. Ankara Bəyannaməsi adlanan bu bəyannamə üzv ölkələrin milli maraqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət kəsb edir. Sənəddə də qeyd olunduğu kimi, üzv ölkələr baş vermiş zəlzələlərdən sonra bərpa-yenidənqurma işlərində Türkiyə xalqı və hökuməti ilə həmrəylik ifadə ediblər və zəlzələlərdən zərərçəkmiş şəxslərə ehtiyac duyulduğu təqdirdə, humanitar yardım göstərməyə davam etməyə hazır olduqlarını bildiriblər.
Yeri gəlmişkən, zirvə görüşünün ən böyük uğurlarından biri Türk Dövlətləri Təşkilatının fəlakətlərin idarə edilməsi qurumları arasında əməkdaşlığı gücləndirmək barədə razılıq və Mülki Müdafiə Mexanizminin yaradılması haqqında saziş oldu. Bildiyimiz kimi, qardaş Türkiyənin keçirdiyi çətin günlərdə Türkiyəyə göndərilən xilasedicilərin sayına görə, Azərbaycan ilk sırada idi. İlk yardım əlini uzadan ölkə də elə məhz Azərbaycan olub. Bu, Azərbaycan-Türkiyə arasında əbədi dostluğun bariz bir nümunəsidir. Sammitdə cənab Prezident də qeyd etdi ki, Türkiyənin çətin günlərində TDT ölkələrinin toplanması vacibdir. Yaxın günlərdə Belçikada "Türkiyə və Suriyadakı insanlar üçün birlikdə" adlı Beynəlxalq Donorlar Konfransı keçirildi. Brüssel şəhərində baş tutan tədbirdə ölkəmiz zəlzələdən zərərçəkmiş bölgədə bərpa-quruculuq və yenidənqurma işlərinin aparılması məqsədilə 100 milyon ABŞ dolları məbləğində maliyyə yardımı ayırdığını elan etdi. Ayrılan maliyyə vəsaiti ilə qardaş ölkədə yaşayış binaları, sosial obyektlər və təhsil ocağının inşası nəzərdə tutulub. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, gözlənildiyi kimi, Türkiyəyə ilk yardımı da Azərbaycan göndərdi: "Türkiyədə son illər baş verən təbii fəlakətlərdə olduğu kimi, yenə də ilk dəstəyini Azərbaycan göstərdi. Bu, bir millət, iki dövlət olduğumuzun göstəricisidir".
Qeyd edək ki, baş vermiş dəhşətli zəlzələlərin ardından Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə əsasən Türkiyəyə dərhal axtarış-xilasetmə dəstələri, tibbi heyətlər, könüllülər, eləcə də müxtəlif təyinatlı humanitar yardımlar göndərildi. Bunların sırasında 940 nəfər xilasedici, tibbi personal, könüllü dəstələri, 5 min tondan çox humanitar yük ölkəmizdən Türkiyəyə yola salınıb. Bununla yanaşı, qardaş ölkədəki zəlzələ bölgəsində fəaliyyət göstərən aidiyyəti təşkilatlar vasitəsilə 45 milyon ABŞ dollarından çox maddi yardım edilib.
Ən əsası, bütün bunlar bir daha onu göstərir ki, dövlətimiz və xalqımız həmişə olduğu kimi, bundan sonra da Türkiyənin yanındadır. Azərbaycan illər boyunca hər bir çətin anında Türkiyəyə dəstəyini əsirgəməyib. Eynilə qardaş Türkiyə də hər zaman yanımızda olub. 44 günlük Vətən müharibəsində də Türkiyə bunu sübut etmişdi. Türkiyə-Azərbaycan dostluğu sarsılmaz və əbədidir.
Zamir HÜSEYNOV,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədr müavini
Xəbər lenti
Hamısına baxDünya
20 May 19:50
Dünya
20 May 19:22
Xəbər lenti
20 May 18:43
Xəbər lenti
20 May 18:30
Elanlar
20 May 18:26
Xəbər lenti
20 May 17:35
YAP xəbərləri
20 May 17:22
YAP xəbərləri
20 May 17:06
Xəbər lenti
20 May 16:28
YAP xəbərləri
20 May 16:02
YAP xəbərləri
20 May 15:44
Sosial
20 May 15:37
Xəbər lenti
20 May 15:19
YAP xəbərləri
20 May 15:02
Elm
20 May 15:01
Xəbər lenti
20 May 14:58
Sosial
20 May 14:55
Xəbər lenti
20 May 14:54
YAP xəbərləri
20 May 14:29
İqtisadiyyat
20 May 14:27
Sosial
20 May 14:23
Mədəniyyət
20 May 14:19
Gündəm
20 May 14:13
Hərbi
20 May 14:12
YAP xəbərləri
20 May 14:11
Sosial
20 May 13:50
Dünya
20 May 13:36
Gündəm
20 May 12:41
Sosial
20 May 12:40
Sosial
20 May 12:39
Gündəm
20 May 12:19
Xəbər lenti
20 May 12:13
Xəbər lenti
20 May 12:12
İqtisadiyyat
20 May 12:04
Dünya
20 May 12:03
Mədəniyyət
20 May 11:58
Gündəm
20 May 11:52
Siyasət
20 May 11:51
İdman
20 May 11:38
Gündəm
20 May 11:37
Sosial
20 May 11:36
Xəbər lenti
20 May 11:31
YAP xəbərləri
20 May 11:19
Gündəm
20 May 11:15
Gündəm
20 May 10:53
YAP xəbərləri
20 May 10:40
İqtisadiyyat
20 May 10:39
Siyasət
20 May 10:14
Müsahibə
20 May 10:14
Analitik
20 May 09:56
Sosial
20 May 09:12
Sosial
20 May 08:50
Sosial
20 May 08:37
Dünya
19 May 23:42
YAP xəbərləri
19 May 23:17
Dünya
19 May 23:15
Siyasət
19 May 22:57
Dünya
19 May 22:48
İdman
19 May 22:24
Dünya
19 May 22:06
Sosial
19 May 21:50
Dünya
19 May 21:35
Siyasət
19 May 21:19
Sosial
19 May 20:45
Hadisə
19 May 20:22
Siyasət
19 May 20:09
Dünya
19 May 19:56
Dünya
19 May 19:30
Dünya
19 May 19:16
Elm
19 May 18:59

