Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir
06.04.2023 [15:56]
Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Ötən dövr ərzində ordumuz mühüm inkişaf və təkmilləşmə dövrünü yaşayıb. Silahlı Qüvvələrin ayrı-ayrı bölmələrinin daim gücləndirilməsi, döyüş qabiliyyətinin getdikcə daha da artırılması və bu məqsədlə yeni, müasir hərbi-sənaye güclərinin yaradılması, texniki təchizatın mükəmməl səviyyəyə qaldırılması dövlətimizin əsas prioritetlərindən sayılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində son illərdə Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusuna çevrilməklə yanaşı, bütün dünyada ən müasir silahlı qüvvələrdən sayılır.
Azərbaycan Ordusu öz gücünü 44 günlük Vətən müharibəsi dövründə döyüş meydanında da göstərdi. Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurlu əks-hücum əməliyyatları həyata keçirərək 30 ilə yaxın müddət ərzində Ermənistanın işğal altında saxladığı torpaqlarımızı azad etdi və tarixi ədalətin bərpası təmin edildi. Prezidentimiz dəfələrlə qeyd etmişdi ki, işğalçılar Azərbaycan torpaqlarını tərk etməsələr, “dəmir yumruq” onların başını əzəcək. İlham Əliyevin sözünün imzası qədər dəyərli - keçərli olduğu növbəti dəfə sübuta yetirildi. Ordumuz işğalçıları döyüş meydanında layiqincə cəzalandırdı. Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbə vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi işğaldan azad etdi. Düşmənin tam məğlubiyyəti ilə nəticələnən bu müharibə 10 noyabr 2020-ci il tarixində Azərbaycan üçün qələbənin siyasi-hüquqi təsdiqi, Ermənistan üçün isə kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı.
Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə XXI əsrin müharibəsini aparmaqla mütərəqqi nümunə ortaya qoydu. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı hərbi məktəblərində Azərbaycanın təcrübəsi geniş tədqiq olunur, öyrənilir. Bu, Cənubi Qafqazın lider dövlətinin hərbi-siyasi qüdrətinin ifadəsidir. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Bizim müharibəmiz - İkinci Qarabağ müharibəsi bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Biz XXI əsrin müharibəsini aparmışıq, düşməni məhv etmişik. Erməni ordusu yoxdur, biz onu məhv etmişik”.
Bütövlükdə, Silahlı Qüvvələrimizin Aprel döyüşlərində, Günnüt əməliyyatında və nəhayət, 44 günlük Vətən müharibəsində düşməni sarsıdıcı məğlubiyyətə uğratması həyata keçirilən uğurlu ordu quruculuğu siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Bu tarixi nailiyyətlər, eyni zamanda, Müzəffər Ali Baş Komandanın rəhbərlik etdiyi qalib Azərbaycanın sarsılmaz qüdrətinin ifadəsidir.
Azərbaycan Ordusu son 3 ildə, post-müharibə dövründə yeni inkişaf mərhələsinə qədəm qoyub. 44 günlük II Qarabağ müharibəsi dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yeni dövrün çağırışları əsasında komplektləşdirilməsinə imkan verir. Bu ilin əvvəlində Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində də bildirmişdi ki, bizim Ordumuz müharibə zamanı öz gücünü göstərdi, iradəsini göstərdi, xalqımız bütövlükdə əyilməz ruhunu göstərdi: "Biz müharibədə Ordumuzun gücünü göstərdik. Eyni zamanda, gördük ki, ordunun daha da inkişafına ehtiyac var. Halbuki, bunu indi hər kəs bilir. 44 gün ərzində bir gün də belə biz geri addım atmamışıq, bir nəfər də qaçan olmamışdı, bir nəfər də fərari olmamışdı. Bu, dünya hərb tarixində bəlkə də misilsiz bir göstəricidir. Ermənistan ordusundan on min nəfərin qaçmasını mən kənara qoyuram. Ümumiyyətlə, özü də hücuma keçən, aşağıdan yuxarıya qalxan, ölümə gedən, 6-7 müdafiə xətti olan bir əraziyə sinəsini qabağa verərək gedən əsgər-zabit əsl qəhrəmandır və bizim Ordumuzun gücü məhz bundadır".
Xüsusilə indiki halda, torpaqlarımızın 30 ilə yaxın müddətdən sonra işğaldan azad edilməsinin ardından Azərbaycanın təhlükəsizliyinin təminatı kimi güclü milli ordunun mövcudluğu zəruri faktora çevrilir. Bu baxımdan, ordu quruculuğunun daha da gücləndirilməsinin vacibliyinin dövlət başçısı səviyyəsində prioritet elan olunması ölkənin milli maraqları müstəvisindən kifayət qədər önəmli əhəmiyyət daşıyır. Güclü orduya, peşəkar silahlı qüvvələrə malik olmamız, eyni zamanda, güclü hərbi-sənaye kompleksi Azərbaycanın dövlət müstəqilliyinin və ərazi bütövlüyünün etibarlı qarantıdır. Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırığını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır. Ümumiyyətlə, yüksək döyüş hazırlığına malik olan Azərbaycan Ordusu qarşıya qoyulan istənilən vəzifəni icra etmək gücündədir. Bununla belə, hər zaman inkişafa əsaslanan Azərbaycan müasir ordu bölmələrinin yaradılması yönündə əsaslı addımları ilə seçilir.
Elnur Əmirəslanov
YAP Hacıqabul rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxAnalitik
13 Sentyabr 13:02
Dünya
13 Sentyabr 12:31
Dünya
13 Sentyabr 11:29
Dünya
13 Sentyabr 10:32
Dünya
13 Sentyabr 09:18
Hadisə
13 Sentyabr 08:25
Dünya
12 Sentyabr 23:20
Dünya
12 Sentyabr 22:35
Siyasət
12 Sentyabr 21:18
Sosial
12 Sentyabr 20:47
Dünya
12 Sentyabr 20:23
Dünya
12 Sentyabr 19:35
Dünya
12 Sentyabr 18:16
Dünya
12 Sentyabr 17:28
Dünya
12 Sentyabr 16:34
Elm
12 Sentyabr 15:57
Dünya
12 Sentyabr 15:52
Dünya
12 Sentyabr 15:19
Dünya
12 Sentyabr 14:45
Dünya
12 Sentyabr 14:30
Dünya
12 Sentyabr 13:59
Dünya
12 Sentyabr 13:25
Dünya
12 Sentyabr 12:46
Gündəm
12 Sentyabr 12:18
Gündəm
12 Sentyabr 11:50
İqtisadiyyat
12 Sentyabr 11:25
İqtisadiyyat
12 Sentyabr 10:49
İqtisadiyyat
12 Sentyabr 10:21
Ədəbiyyat
12 Sentyabr 09:45
Sosial
12 Sentyabr 09:17
Ədəbiyyat
12 Sentyabr 08:50
Ədəbiyyat
12 Sentyabr 08:36
Dünya
11 Sentyabr 23:30
Dünya
11 Sentyabr 23:17
Xəbər lenti
11 Sentyabr 22:51
Dünya
11 Sentyabr 22:23
Dünya
11 Sentyabr 22:09
Elm
11 Sentyabr 21:45
Hadisə
11 Sentyabr 21:34
İqtisadiyyat
11 Sentyabr 21:19
Formula 1
11 Sentyabr 20:41
Dünya
11 Sentyabr 20:29
Dünya
11 Sentyabr 20:17
Dünya
11 Sentyabr 19:54
İqtisadiyyat
11 Sentyabr 19:20
Müsahibə
11 Sentyabr 19:07
Dünya
11 Sentyabr 18:34
YAP xəbərləri
11 Sentyabr 18:19
YAP xəbərləri
11 Sentyabr 17:44
İqtisadiyyat
11 Sentyabr 17:43
Gündəm
11 Sentyabr 17:40
Siyasət
11 Sentyabr 17:40
Sosial
11 Sentyabr 17:39
YAP xəbərləri
11 Sentyabr 17:36
YAP xəbərləri
11 Sentyabr 17:34
Dünya
11 Sentyabr 17:22
Dünya
11 Sentyabr 16:58
YAP xəbərləri
11 Sentyabr 16:23
Dünya
11 Sentyabr 16:19
Siyasət
11 Sentyabr 16:16
Elm
11 Sentyabr 16:04
Dünya
11 Sentyabr 16:03
YAP xəbərləri
11 Sentyabr 15:59
YAP xəbərləri
11 Sentyabr 15:53
Sosial
11 Sentyabr 15:49
Dünya
11 Sentyabr 15:32
YAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16

